Türkiyə ilə Rusiya Qarabağda monitorinq mərkəzinin yaradılması barədə razılaşma imzaladı 

Türkiyə ilə Rusiya Qarabağda monitorinq mərkəzinin yaradılması barədə razılaşma imzaladı 

Türkiyə Qarabağda atəşkəsə nəzarət etmək üçün Rusiya ilə ortaq bir monitorinq mərkəzinin yaradılması barədə razılaşmaya imza atıb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyindən açıqlama verilib. Açıqlamada bildirilir ki, Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsin izlənməsi üçün monitorinq mərkəzinin yaradılması və tətbiqi ilə bağlı texniki danışıqlar başa çatıb və razılaşma imzalanıb.