Türkiyə minaaxtaranları Qarabağda əməliyyata başladılar

Türkiyə minaaxtaranları Qarabağda əməliyyata başladılar

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının minaaxtaran qrupları Azərbaycanın işğaldan azad edilən bölgələrində minaaxtarma əməliyyatına başlayıblar.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, minaaxtaran qruplar həm əraziləri minalardan təmizləyəcək, həm də Azərbaycan Ordusuna təlimlər keçəcəklər.