Yardımlının Şah Əsəri Şəhid Şahlar

Yardımlının Şah Əsəri Şəhid Şahlar

Şəhid Şahlar Nəzərov yaşasaydı bu gün yubileyini yaşını qeyd edəcəkdi.

Vetenugrrunda.az bu gün Şəhidimiz xatırladacaq.

Şahlar Yaşar oğlu Nəzərov 1990-cı il aprelin 25-də Yardımlı rayonunun Peştəsər kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Şahlar Nəzərov 2017-ci il fevralın 24-dən 25-nə keçən cəbhənin Xocavənd rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən Şəhid olub. 

Fevralın 27-də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülüb. Fevralın 28-i isə Şahlar Nəzərov doğulduğu Yardımlı rayonunun Peştəsər kəndində son mənzilə yola salındı.

Yaxınları deyirdi ki, Şahlar xidmətdə olduğu müddətdə 120 -dən çox erməni hərbiçisi öldürüb. Son döyüşdə isə o, sanki bu qəhrəmanlığa yaraşan son akkordlarını vurub. Belə ki, o, yaralanmış əsgərini çiyninə alaraq, döyüş meydanından çıxmaq istəyərkən düşmən gülləsinə tuş gəlib. Lakin Şahlar yaralı əsgəri çiynindən yerə qoymur. O, qan itirməsinə, yaralı olmasına baxmayaraq son nəfəsinə qədər öz postumuza doğru irəliləməyə çalışır və Şəhadət zirvəsinə ucalır.

Şahlar Nəzərov xalası qızı ilə ailə qurmuşdu. 2016-cı il iyulun 23-də toyları olmuşdu.Dünyasını dəyişəndən 2 ay sonra onun əkiz övladları Şahlarla, Yaşar dünyaya gəldi. O, əkizlərinin olacağını bildikdən bir gün sonra Şəhid oldu.

Şahlar Nəzərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edilib.

Şahlar Nəzərovdan bu vətənə unudulmayacaq qəhrəmanlığı və iki övladı yadıgar qaldı. Ruhu şad olsun!

 

 

.