Aşura – həm dərsdir, həm də ibrətdir

Aşura – həm dərsdir, həm də ibrətdir
Aşura hadisəsi iki cəhətdən diqqəti cəlb edir. Birincisi – Aşuradan aldığımız dərslərdir. Aşura bizə fədakarlıq dərsi vermişdir. Bizə dərs vermişdir ki, Quran yolunda insan hər şeyindən keçməyi bacarmalıdır. Dərs vermişdir ki, haqq və batil ilə mübarizədə kiçik və böyük, qadın və kişi, qoca və cavan, İmam (ə) və sıravi müsəlmanlar – hamı bir cərgədə qərar tuturlar. Dərs vermişdir ki, düşmən ordusu nə qədər böyük görünsə də, əslində çox ziyan görə bilər. Bunlar – Aşuranın bizə verdiyi dərslərdir. Bu dərslər bir milləti zillətdən çıxardıb, izzətə çatdırmaq üçün kifayət edə bilər. Bu dərslər küfrün köklərini sındıra bilər. Bu dərslər – həyat dərsləridir. İkinci tərəfdən – Aşura bizim üçün ibrətdir. Dərslə yanaşı, Aşura hadisəsi bizim üçün bir ibrət məktəbidir. İnsan gərək bu səhnələrə diqqət edib ibrət götürsün. İbrət götürsün, yəni nə? Yəni, özünü o vəziyyət ilə müqayisə etsin və başa düşsün ki, hansı vəziyyətdə qərar tutur. Hansı şeylər həyatda onun üçün təhlükə yarada bilər. Hansı şeylər onun üçün lazımlıdır. Buna deyərlər ibrət. Əgər siz bir küçədən keçsəniz ki, orada maşın qəza etmişdir, niyə dayanıb baxacaqsınız? Baxacaqsınız ki, ibrət götürəsiniz. İbrət götürəcəksiniz ki, maşını sürərkən nələrə diqqət etmək lazımdır. Bəli, ona görə deyə bilərik ki, Aşura hadisəsi bizim üçün həm dərsdir, həm də ibrət məktəbidir. Hər kim Aşura hadisəsinə nəzər salar və diqqət edərsə – həyatda zillətdən uzaq olar və Aşura ibrətlərinə əsasən həyatını qurar. (Həvzəh) (Deyerler.org)