Ayasofya məscidində ilk Cümə namazı qılınacaq

Ayasofya məscidində ilk Cümə namazı qılınacaq

Türkiyə prezidenti Ayasofyanı ziyarət etdi

Rəcəb Tayyib Ərdoğan bu gün Ayasofya məscidini ziyarət edib. O, twitter hesabında ziyarətdən şəkillər də paylaşıb.

Prezident ilk namazdan əvvəl aparılan işlərlə tanış olub. Uzun illərdən sonra məsciddə ilk Cümə namazı qılınacaq. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Ayasofyadan qılınacaq Cümə namazınını tarixi açıqlanıb- 24 iyul.

Qeyd edək ki, Ayasofiya bu il iyulun 10-da Türkiyə prezidentinin rəsmi sərəncamı ilə məscid elan edildi.

Türkiyə Dövlət Hüquq Şurası Ayasofyanın məsciddən muzeyə çevrilməsinə dair Nazirlər Şurasının 1934-cü il 24 noyabr tarixli qərarını ləğv etdi.

Dövlət Hüquq Şurasının bu qərarından sonra, Prezident Rəcəb Tayyib Ərdoğan Ayasofiyanın yenidən məscid olması haqda sərəncam imzalayıb.

Ərdoğan sərəncamı sosial media hesabından paylaşaraq "Xeyirli olsun" yazdə. Sərəncama görə, Ayasofoya Diyanət İşləri Nazirliyinin icraatına verilib.