"Biz isə pərdənin arxasını daima görürük"-QÜDS Günü

"Biz isə pərdənin arxasını daima görürük"-QÜDS Günü

Ramazan ayının son cümə günü Beynəlxalq Qüds Günüdür.

Bu ilki Qüds Günündə Azərbaycan İslam Partiyasının (AİP) üzvləri və ölkənin inanclı vətəndaşları Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bu barədə AİP Qadınlar Şurasının sədri, ilahiyyatçı alim Növrəstə İbrahimova Vetenugrunda.az-a verdiyi açıqlamada bildirib.

Dindarlar ilk olaraq Şəhid general Polad Həşimovun məzarını ziyarət ediblər. N.İbrahimova Şəhid Generalın qanının torpaqlarımıza tökülməsi ilə xalqımızın ayağa qalxdığını və zülməti devirərərək işğal altında olan torpaqlarıızı azad etdiklərini bildirib: "Biz sizin qəbrinizin başında and içirik ki, bütün dünyadakı ədalətsizliyə Yox deyirik! Hər bir xalq ona məxsus olan məkanda rahatlıqla, məsud yaşamalıdır. İşğalçılara Allahın lənəti olsun! Başqasının torpaqlarını zəbt etmək oğurluqdur. Bu oğurluğa hansı adı qoyurlar qoysunlar, nə şəkildə pərdələmək istəsələr də xeyri yoxdur. Dünyanın haqsevər təbəqəsi bu ədalətsizliyə susmayacaq!"

Sonra ziyarətçilər Şəhidlərimizi ziyarət edib, ruhlarına dualar oxuyublar.

Qeyd edək ki, "Qüdsün azadlığı yaxındır" şüarı 2021-ci ilin Qüds Günü üçün seçilmiş çağırışdır.

N.İbrahimova Qüds Günü ilə bağlı xalqa müraciət edib:

"Mehriban və Bağışlayan Allahın adı və yadıyla: Əziz müsəlman bacı və qardaşlar hər birinizi müqəddəs Ramazan ayının son Cüməsi ilə bağlı təbrik edir və bütün ibadətlərinizin Uca Allahın dərgahında qəbul olunmasını diləyirəm. Ramazanın son Cüməsi təkcə müsəlmanlar deyil, dünyanın bütün haqqsevərləri, zülmə lənət oxuyub, "DUR!" deyənləri, izdihamla ayağa qalxaraq, Haqq yolunda Şəhid olanların ziyarətinə üz tutaraq, zalımın zülmünə qarşı sərt şüarlarla yürüş edirlər və bu yürüşlər hər kəsin fərd olaraq vicdani vəzifəsidir!

Qanında genetik olaraq xainlik işğalçılıq acımasız qatillik toxumu gəzdirən Yahud sionizmi zorla özünü dost və yardımsevər, sülhsevər kimi dünyaya tanıtmaq istəyir və həmin yalançı niyyətini pərdə arxasında gizlətmək istəyir. Beləliklə öz xain və mənfur amacına yetişmək üçün hər yola baş vurur! Biz isə pərdənin arxasını daima görürük. Çünki İLAN nə qədər dostluqdan danışsada, sonunda sənə mənə verəcəyi ZƏHƏRDƏN başqa bir şey olmayacaq. Diş və dırnaqlarında məzlum qanı axandan nə dünyaya hakim, nədə insanlara imdad ola bilməz!

Görün dinimizə milli mənəvi dəyərlərimizə zərər vermək üçün nələrə əl atmırlar! Din Allahındı, Özü qoruyacaq amma dində olanlar da görməzdən gəlməsinlər! Zülmə susmaq, zalıma şərik olmaqdır. Zülmə susmaq zülmətdən nurlu səhərə çıxmağa cəsarəti çatmayanların bədbinliyinin xofudur. SUSMAYIN!"

Qeyd edək ki, "Qüds günü" İlk dəfə 1982-ci ildə İran islam inqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu Cümə günü belə tədbirlər keçirilir. Təkcə müsəlman ölkələri deyil, zülmə səssiz qalmayan hər bir insan Qüds Günündə, öz evində zülmə məruz qalan Fələstin xalqının timsalında dünyadakı bütün ədalətsizliyə etiraz edir.