Britaniyalı qadın müsəlmanlığı niyə qəbul etdi?

Britaniyalı qadın müsəlmanlığı niyə qəbul etdi?

Quranın "əz-Züha" surəsinin 7-ci ayəsini eşidib müsəlman olan britaniyalı qadın

İslam dinini qəbul edən Aişə Rozali (Aisha Rosalie) adlı gənc britaniyalı qadın, müsəlman olduqdan sonra həyatının yaxşıya doğru dəyişdiyini söyləyir.

Aişə Rozali "Arabi21" saytına açıqlamasında islam dinini qəbul etməsi barədə danışıb: "Müsəlmanların qeyri-müsəlmanlara qarşı istəksizliyi, qeyri-müsəlmanları öldürmək, ekstremizm və terrorizmə təhrik etmək kimi bir çox yanlış düşüncə Qərbdə təbliğ olunur, lakin heç biri doğru deyil. İslam öz orijinal və saf mənbələrindən və həyatlarını İslamda araşdırmalara həsr etmiş həqiqi müsəlman alimlərindən öyrənilməlidir.

Böyük Britaniyanın Kembric şəhərində anadan olmuşam. Müsəlman olmaq gözlədiyim son şey oldu. O vaxt aktyorluqda fəal idim və uzun müddət aktrisa olmaq istəyirdim. Los-Ancelesdə təhsil aldım və bununla bağlı çox iş gördüm.

Ancaq Türkiyədə İslamı qəbul etdim, bununla bağlı heç bir niyyətim də yox idi. Yalnız Türkiyənin turizm bölgələrini gəzirdim və o vaxt həqiqətən çaşqın və təəccübləndim. Qurani-Kərimdə belə bir ayə var: Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi? (Əd-Duha 7) Sözləmək istədiyim elə bu idi".

Rozali, müsəlman olma hekayəsinə davam edərək bunları danışıb: “İstanbulda Sultanahmet məscidini ziyarətə getdim. Müsəlman olmaq fikrim yox idi, sadəcə məscidi ziyarət etmək istəyirdim. Məscidin girişinin yaxınlığında örtülü bir paltar alıb məscidə daxil oldum. Mediada İslam haqqında çox mənfi şeylər eşitdiyim üçün şok oldum və qorxdum, amma Allah qoysa məscidə girib bir yerə oturub mənzərələrə baxdım.

Mən sadəcə insanları seyr edirdim. Təxminən bir saat belə insanlara baxdım, cibimdə dostlarımdan birinin hədiyyə olaraq aldığı bir təsbeh var idi, amma təsbeh olduğunu bilmirdim. İnsanlar stressi azaltmaq üçün bundan istifadə edəcəklərini düşünürdüm. Təsbehimi cibimdən çıxarıb Googlda axtardım. Orada yazılmışdı ki, 33 dəfə "Subhanəllah və Əlhəmdulillah və Allahu Əkbər” deyilməlidir. Bunu sınamalı olduğumu dedim və Subhanəllah ilə başladım. Bəzən bunu deməyi unutdum, ancaq Googla yenidən baxdım və təkrar etdim. Mən hələ müsəlman deyildim, bunu yalnız sınamaq üçün edirdim.

Məsciddən çıxmazdan əvvəl öz-özümə Quranın ingilis dilində bir versiyasını alıb oxumağı düşündüm. Məsciddən çıxanda ilk dəfə azanı eşitdim və bu mənə çox təsir etdi. Bu, həqiqətən gözəl bir səs idi, eşitməyin bədənimdə titrəməyə səbəb olacağına inanmırdım.

Google Maps ilə otelə qayıtmaq üçün telefonumu götürdüm, çünki təxminən bir saat orada qalmışdım, amma mobil telefonum sönmüşdü. Mən qorxdum. O anda otelə qayıtmaq üçün öz-özümə "Ay Allah, kömək et" dedim. Birdən çiyinlərimdən bir yükün qalxdığını və dünyadan və hər şeydən azad olma hissini keçirdim.

Otelə qayıda bildim. Qayıdandan sonra Quranın ingilis dilindəki versiyasını alıb oxumağa başladım. Səyahətim buradan başladı. Quranı tam oxuyana qədər müsəlman olmadım. Bir neçə ay çəkdi. Sonra araşdırmalara başladım və dua etməyi öyrəndim və bundan sonra müsəlman oldum və kəlimeyi şəhadət gətirdim". (deyerle.org)