Bu əməllər qəbir əzabına səbəb olur

Bu əməllər qəbir əzabına səbəb olur
Bərzəx aləminin hadisələrindən biri də qəbir əzabıdır. İnsanların bəzisinin qəbir əzabı yoxdur. Bəziləri isə şiddət və zəif olmaq cəhətdən fərqlənirlər. Onların əməllərindən çox şey asılıdır. Qəbir əzabına səbəb olan bəzi amillər haqqun-nasdır. Bundan əlavə də, bəzi amillər vardır ki, qəbir əzabına səbəb olar. Bu amillər ibarətdir: 1. Məzluma yardım etməmək. 2. İlahi nemətləri zay etmək. 3. Başqalarının sözünü gəzdirmək. 4. Təharətə riayət etməmək. 5. Ailə üzvləri və yaxınları ilə pis əxlaqda olmaq. 6. İnsanların eybini axtarmaq. 7. Həyat yoldaşının haqqına riayət etməmək. 8. Haram mal yemək. 9. Ağvalideyn olmaq. 10. Sələm yemək. 11. Qeybət etmək. 12. İnsanların maddi və qeyri-maddi nemətlərini zay etmək. (Tebyan) Allah Təala nəsib etsin ki, bu cür mənfi işlərdən uzaq olaq!