Dünyaya qəlb bağlamamaq – "Nəhcul-bəlağə"nin nəzərində

Dünyaya qəlb bağlamamaq – "Nəhcul-bəlağə"nin nəzərində

İmam Əli (ə) "Nəhcul-bəlağə"də dünyaya bağlılığı məzəmmət etmiş və onun haqqında buyurmuşdur: “Bilin ki, bu dünya ki, onu arzu edirsiniz və ona meyil edirsiniz – nə o mənzildir ki, onun üçün xəlq olmusunuz və nə də o yerdir ki, sizi ora dəvət ediblər.

Bilin ki, dünya sizin üçün qalmayacaqdır və siz də onda qalmayacaqsınız. Əgər dünya zahiri ilə sizi aldadıbdırsa, şərindən də qorxutmuşdur. Ona görə, qorxutduğu üçün o şeyə ki, aldanmısınız – göz yumun. Qorxutduğu üçün ona tamah göstərməkdən çəkinin. Dünyada dəvət olunduğunuz axirət üçün bir-birinizi qabaqlayın.

Qəlb dərinliyi ilə dünyadan üz döndərin. Məbada sizlərdən biriniz dünyada ondan alınmış şeyə görə kəniz kimi nalə çəksin. Allah itaətinə səbir göstərərək, Kitabında qorunması istənilən şeyi qorumaqla, Allahın nemətini özünüz üçün tamamlayın.

Bilin ki, din sütunlarını özünüz üçün qoruduğunuz halda, dünya matahını əldən verməyiniz sizə ziyan vurmaz. Bilin ki, dini xarab etdiyiniz halda, o şeyi ki, dünyadan qorumusunuz – sizə fayda verməyəcəkdir.

Allah bizim və sizin qəlblərinizi haqqa tərəf yönəltsin. Səbri bizə və sizə əta etsin".