Fransa senatı hicab qadağasını QƏBUL ETDİ

Fransa senatı hicab qadağasını QƏBUL ETDİ

"Amnesty International Europe" bu qanun layihəsini pisləyib və bildirib ki, bu, Fransa xalqının, xüsusilə də müsəlmanlarıln hüquq və azadlıqlarına zərbədir.

Fransa senatı 18 yaşadək olan müsəlman qızların hicab taxmasının qadağasının lehinə səs verib.

Səsvermə 30 martda baş tutub.

Bu qaydaların lehinə səs verən fransalı senatorlar deyirlər ki, belə bir qanun 18 yaşa çatmayanlar üçün “açıq dini əlamətləri” qadağan edəcək.

Bu qanunun lobbiçiliyini edən senatın sağ qanadının deputatı Bruno Riteylo hicabın ünvanına mənfi fikirlər səsləndirib.

Qeyd etmək lazımdır ki, qanunun icrası üçün senatın səsverməsi kifayət deyil. Bunun üçün qanun layihəsi Milli məclis tərəfindən də təsdiq edilməlidir.

"Amnesty International Europe" bu qanun layihəsini pisləyib və bildirib ki, bu, Fransa xalqının, xüsusilə də müsəlmanlarıln hüquq və azadlıqlarına zərbədir.