Həcc ziyarəti ilə bağlı açıqlama verildi

Həcc ziyarəti ilə bağlı açıqlama verildi

Səudiyyə Ərəbistanının İnformasiya naziri Abdullah əl-Qəsabi koronavirus pandemiyası ilə əlaqədar olaraq həcc ziyarəti proqramında dəyişikliklərin gecikdiyini açıqlayıb.

O vurğulayıb ki, Səudiyyə Ərəbistanı koronavirus pandemiyası ilə mübarizədə dünyada birinci sırada yer alır.

"Yaxın günlərdə yeni dəyişiklikləri bəyan edəcəyik. Hökumətin bu istiqamətdə işləri son sürətlə davam edir", - deyə Abdullah əl-Qəsabi diqqətə çatdırıb.

Abdullah əl-Qəsabi qeyd edib ki, Səudiyyə Ərəbistanında 15 milyon insan artıq koronavirus əleyhinə vaksin vurdurub və bu da ölkə əhalisinin 40 faizini təşkil edir. (eastnews)