Həccdə xidmət göstərmək üçün 10 000 işçi cəlb olunub

Həccdə xidmət göstərmək üçün 10 000 işçi cəlb olunub

Məlumata əsasən, təqdim olunan xidmətlər prezidentlik tərəfindən bir sıra göstəricilər vasitəsilə fasiləsiz izlənilir. Həmçinin zəvvarların təcrübələrini asanlaşdıracaq elektron platformalar istifadəyə verilib. Bu rəqəmsal xidmət istifadəşilərinin sayı 160 milyondan çoxdur.

Yaşlılara və əlillərə xidmət göstərən 2 000 elektrik avtomobil də istifadəyə verilib.

Bununla yanaşı, hər gün Məscidül-Həramda 3 milyon, Məscidün-Nəbidə isə 1 milyon Zəmzəm su şüşələri paylanılır.

Verilən məlumata görə, son iki ildə bu müqəddəs məscidlərin daxilində hər hansı epidemiya halı qeydə alınmayıb.

Bu il Səudiyyə Ərəbistanı Həcc ziyarətinə dünya üzrə 1 milyon zəvvar qəbul edəcək. Azərbaycan üçün isə 680 nəfərlik kvota müəyyən edilib. Azərbaycanlı zəvvarların Həccə ilk səfəri iyunun 29-na planlaşdırılır.