Həccdə zəvvarlara robotlar yardım edir

Həccdə zəvvarlara robotlar yardım edir

Robotlar Məkkədə zəvvarlara Həcc ziyarəti zamanı köməklik göstərir. 

Robotlar ərəb, ingilis, fransız, rus, fars, türk, malay, urdu, çin, benqal və hausa dillərində ziyarətçilərə bələdçilik edir. Sensor ekranlı robotlar vayfay sistemində işləyirlər.

Bundan əlavə, Məscidül-Həram və Peyğəmbər (s) məscidində Zəm-zəm suyu robotlar vasitəsilə paylanır. Aparatların suyu paylama gücü 10 dəqiqə ərzində 30 şüşəyə bərabərdir. Qeyd olunub ki, bu rejimdə robotlar dayanmadan 8 saat çalışa bilər. (İQNA)