Əhli-Beyt (ə) məktəbinin hansı 3 qolu var?

Əhli-Beyt (ə) məktəbinin hansı 3 qolu var?

Tarixə müraciət edərək görürük ki, Əhli-Beyt (ə) məktəbi bir neçə qoldan ibarədir. Bunlara nəzər salaq.

1.Siyasi-ictimai Əhli-Beyt (ə) davamçıları. Tarixdə elə insanlar olmuşdur ki, fikri cəhətdən Əhli-Beyt (ə) davamçısı olmamışdılar. Ancaq Əhli-Beyt (ə) rəhbərlərini daima himayə etmişdilər. Onlarla birlikdə zülmə qarşı mübarizə aparmışdılar. Onlardan biri də Əbu Hənifə olmuşdur və o siyasi meydanda İmam Əli (ə) nəslinin tərəfində olmuş və Bəni-Üməyyəyə qarşı qiyam etmişdir. Zeydin özü də Əbu Hənifənin yolunu davam etdirmiş və qiyam etmişdir. Ona görə də əhli-təsünnün məktəbində olan bu insanları, Əhli-Beytçilər (ə) hesab edirdilər.

2.Vilayəti sevən Əhli-Beyt (ə) davamçıları. İslam dünyasının dahilərinin əksər hissəsi Həzrət Peyğəmbərin (s) müqəddəs İtrəti barəsində nəql etdiklərindən agahdırlar. Ona görə də Əhli-Beytə (ə) meyillidirlər. Şafeyi əhli-təsənnün məzhəbində olmasına baxmayaraq, bu meyil və sevgisinə görə düşmənlər tərəfindən Əhli-Beyt (ə) davamçısı olmaqla ittiham olunmuşdur.

3.Etiqadi Əhli-Beyt (ə) davamçıları. Bu məktəbin davamçıları – həqiqi Əhli-Beyt (ə) davamçılarıdır. Onlar istər siyasi olsun, istər ictimai və fərdi olsun – bütün sahələrdə İmamlara (ə) təqlid edər və onların əməllərini davam etdirirlər. Onlar 14 Məsumu (ə) qəbul edir və İmamların (ə) vilayətində qərar tuturlar.

İmam Hüseyn (ə) qiyamında biz daha çox siyasi Əhli-Beyt (ə) davamçıları ilə qarşılaşırıq. Onların imamət mövzusuna dair etiqadları yox idi. Əvvəldə ancaq Yezidə (lən) nifrət edirdilər. Ancaq can təhlükəsi hiss edən zaman bu fikirlərindən daşınmışdılar.

Məhz bu kimi insanlar Siffeyn döyüşündə İmam Əlinin (ə) Müaviyyə (lən) ilə sülh bağlamasına təkid edənlərdən idilər.

Beləliklə, deyə bilərik ki, Əhli-Beyt (ə) məktəbi üç qolu ehtiva edir: siyasi, vilayəti və əqidə qollarını. Aşura günü məhz siyasi qolun çoxluq təşkil etməsi, İmam Hüseynin (ə) ordusunun sayının azalmasına səbəb olmuşdur. Başqa sözlə desək, bu qolu imanda sabit olmayanlar adlandırmaq olar.

Amma məhz səmimi qəlbdən İmamları (ə) sevən və onların sünnətini davam etdirənlər bu vaqiədə şəhid olmuşdular. Ona görə də həqiqi şəhidlər adlandırılırlar. (Həvzəh) (deyerler.org)