İlahi əzabdan qurtuluş...

İlahi əzabdan qurtuluş...

İstiğfar və tövbənin təsir və bərəkətləri-1

Qurani-Kərimin müxtəlif ayələrində bir əməl müttəqilərin spesifik xüsusiyyəti olaraq təkid və təşviqlə vurğulanır, həmin təkid və təşviq məsum rəhbərlərimizin (ə) sirə və rəftarlarında da tez-tez rəkrarlanır. Həmin əməl istiğfar və tövbədir, peşmançılıqla Allah-Taalaya üz tutub, "Əstəğfirullahə Rəbbi və ətubu iləyh" – demək, Onun dərgahında günahların bağışlanmasını diləmkdir. "Zariyat" surəsinin 18-ci ayəsində buyurulur:

وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ

"(Müttəqilər o kəslərdir ki,) səhərlər (Allahdan) bağışlanmalarını diləyirlər".

Nəql olunur ki, Peyğəmbəri-Əkrəm (s) hər gün 70 dəfə istiğfar edər və bu əməlin əhəmiyyət və zərurəti ilə bağlı buyurardı:

إِنَّهُ لَیُغَانُ عَلَى قَلْبِی وَ إِنِّی لَأَسْتَغْفِرُ بِالنَّهَارِ سَبْعِینَ مَرَّةً

"Həqiqətən, qəlbim qübar bağlayır və (buna görə) hər gün 70 dəfə bağışlanma diləyirəm". ("Biharul-ənvar”, c.25, səh.204.) Kumeyl duasına nəzər saldıqda, İmam Əlinin (ə) istiğfar etdiyini və Allah-Taaladan bağışlanma dilədiyini görürük. Əhli-beytin (ə) digər üzvləri də tez-tez istiğfar edir, onu təkid və təşviqlə vuğulayır, tövsiyə edirmişlər.

Bu nöqtələrə diqqət yetirdikdə, belə bir sual qarşıya çıxır: İstiğfar və tövbənin təsir və bərəkətləri nədir ki, məsum rəhbərlərimiz ismət məqamına sahib olduqları halda, daim istiğfar və tövbə edirmişlər?

İstiğfar və tövbənin təsir və bərəkətləri həm bu dünyaya, həm də axirət aləminə aiddir. Axirət aləminə aid olan təsir və bərəkətlərindən biri ilahi əzabdan qurtuluşdur.

وَمَا كَانَ اللّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ وَمَا كَانَ اللّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ

"(Ya Peyğəmbər!) Nə qədər ki, sən onların arasındasan, Allah onlara əzab verən deyildir. (Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!" ("Ənfal" surəsi, ayə 33.) Ayədən başa düşülür ki, Allah-Taala iki halda insanlara əzab verməz:

1.İnsanların arasında Peyğəmbər (s) olduqda;

2.İnsanlar istiğfar edib Allah-Taaladan günahlarının bağışlanmasını dilədikdə.

İmam Əmirəlmöminin Əli (ə) buyurur:

كَانَ فِي الْأَرْضِ أَمَانَانِ مِنْ عَذَابِ اللَّهِ وَ قَدْ رُفِعَ أَحَدُهُمَا فَدُونَكُمُ الْآخَرَ فَتَمَسَّكُوا بِهِ: أَمَّا الْأَمَانُ الَّذِي رُفِعَ فَهُوَ رَسُولُ اللَّهِ (صلى الله عليه وآله)وَ أَمَّا الْأَمَانُ الْبَاقِي فَالِاسْتِغْفَارُ قَالَ اللَّهُ تَعَالَى وَ ما كانَ اللَّهُ لِيُعَذِّبَهُمْ وَ أَنْتَ فِيهِمْ وَ ما كانَ اللَّهُ مُعَذِّبَهُمْ وَ هُمْ يَسْتَغْفِرُونَ. و هذا من محاسن الاستخراج و لطائف الاستنباط.

"Yer üzündə Allahın əzabından qurtulmaq üçün iki sığınacaq var: onlardan biri əldən çıxdı, digəri isə sizin yanınızdadır. Buna görə də ondan yapışın. Əldən çıxmış sığınacaq Allahın Peyğəmbəridir (s). Qalan sığınacaq isə istiğfar və (günahlar üçün) bağışlanma diləməkdir. Allah-Taala buyurur: "Nə qədər ki, sən onların arasındasan, Allah onlara əzab verən deyildir. (Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!" ("Nəhcül-bəlağə", qısa kəlamlar 85.) (maide.az)