İmam Həsənin (ə) şəhadəti

İmam Həsənin (ə) şəhadəti
Cünadət ibn Əbu Üməyyə belə nəql edir: دَخَلتُ عَلَى الحَسَنِ بنِ عَلِيٍّ (ع) في مَرَضِهِ الَّذي تُوُفِّيَ فيهِ، وبَينَ يَدَيهِ طَشتٌ يَقذِفُ فيهِ الدَّمَ مِنَ السَّمِّ الَّذي أسقاهُ مُعاوِيَةُ لَعَنَهُ اللّهُ، فَقُلتُ: يا مَولايَ، ما لَكَ لا تُعالِجُ نَفسَكَ؟ فَقالَ: يا عَبدَ اللّهِ، بِماذا اُعالِجُ المَوتَ؟! قُلتُ: إنّا للّهِ وإنّا إلَيهِ راجِعونَ. ثُمَّ التَفَتَ إلَيَّ وقالَ: وَاللّهِ، إنَّهُ لَعَهدٌ عَهِدَهُ إلَينا رَسولُ اللّهِ (ص): أنَّ هذَا الأَمرَ يَملِكُهُ اثنا عَشَرَ إمامًا مِن وُلدِ عَلِيٍّ وفاطِمَةَ’، ما مِنّا إلاّ مَسمومٌ أو مَقتولٌ، ثُمَّ رَفَعتُ الطَّشتَ وَاتَّكَأَ صَلَواتُ اللّهِ عَلَيهِ. Həzrət Həsən ibn Əlinin (ə) xəstəliyi zamanı və şəhadətindən əvvəl hüzuruna getmişdim. Qarşısına bir teşt qoymuşdu. O həzrət Müaviyənin (Allah ona lənət etsin!) vasitəsilə verilən zəhərin təsiri nəticəsində həmin teştə qusurdu. Dedim: “Ey mənim mövlam! Nə üçün müalicə olunmursunuz?” Həzrət buyurdu: “Ey Abdullah! Ölümə nə müalicə?!” Dedim: “Hər şeyin əvvəli və axırı Allahın əlindədir! (Hamımız Allah tərəfindənik və Ona tərəf də qayıdacağıq!)” Həzrət üzünü mənə tutub buyurdu: “Allaha and olsun, Peyğəmbəri-Əkrəm (s) bizə xəbər verib ki, bu əmri (ümmətə rəhbərliyi) Əli (ə) və Fatimənin (ə.s.) on bir övladı öhdəsinə götürəcək. Bizim hər birimiz ya zəhərlənmək, ya da qətl ilə dünyadan gedəcəyik.” Bu zaman mən teşti götürdüm və Həzrət (ə) belini söykədi. (“Kifayətül-əsər”, səh.226.) (maide.az)