İmam Zamanın (ə.c.) imamətə çatdığı gün

İmam Zamanın (ə.c.) imamətə çatdığı gün
Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayının 9-u (Oktyabr ayının 26-ı) bəşəriyyət aləminin xilaskarı İmam Zamanın (ə.c) imamət məqamına çatdığı gündür. Bu günü Əhli-beyt (ə) yolunun yolçuları o Həzrətin bu illahi məqama sahib olduğu üçün bayram kimi qeyd edirlər. Biz də bu mübarək gün münasibətilə Əhli-beyt tərəfdarlarını təbrik edir və Allah-Taaladan istəyirik ki, gözlərimizi o Həzrətin mübarək camalı ilə işıqlandırsın, bizi o Həzrətin vəfalı dostları və fədakar əsgərlərindən qərar versin! Bu fürsətdən istifadə edib, o həzrətin imaməti ilə bağlı bir hədisi əziz oxucularımızın diqqətinə çatdırırıq: Cabir ibn Abdullah Ənsari belə nəql edir: دَخَلَ جَندَلُ بنُ جُنادَةَ بنِ جُبَيرٍ اليَهودِيُّ عَلى رَسولِ اللّهِ (ع) فَقالَ ـ في حديث طويل ـ: أخبِرني يا رَسولَ اللّهِ عَن أوصِيائِكَ مِن بَعدِك لِأَتَمَسَّكَ بِهِم. قالَ: أوصِيائِيَ الاِثنا عَشَرَ. قالَ جَندَلٌ: هكَذا وَجَدناهُم فِي التَّوراةِ، وقالَ: يا رَسولَ اللّه، سَمِّهِم لي. فَقالَ: أوَّلُهُم سَيِّدُ الأَوصِياءِ أبُو الأَئِمَّةِ عَلِيٌّ، ثُمَّ ابناهُ الحَسَنُ والحُسَينُ، فَاستَمسِك بِهِم ولايَغُرَّنَّكَ جَهلُ‏الجاهِلينَ، فَإِذا وُلِدَ عَلِيٌّ بنُ الحُسَينِ زَينُ العابِدينَ يَقضِي اللّهُ عَلَيكَ، ويَكونُ آخِرُ زادِكَ مِنَ الدُّنيا شَربَةَ لَبَنٍ تَشرَبُهُ. فَقالَ جَندَلٌ: وَجَدنا فِي التَّوراةِ وفي كُتُبِ الأَنبِياءِ: إيليا وشَبَّرًا وشَبيرًا، فَهذِهِ أسماءُ عَلِيٍّ والحَسَنِ والحُسَينِ، فَمَن بَعدَ الحُسَينِ، وما أساميهِم؟ قالَ (ع): إذَا انقَضَت مُدَّةُ الحُسَينِ فَالإِمامُ ابنُهُ عَلِيٌّ ويُلَقَّبُ بِزَينِ العابِدينَ، فَبَعدَهُ ابنُهُ مُحَمَّدٌ يُلَقَّبُ بِالباقِرِ، فَبَعدَهُ ابنُهُ جَعفَرٌ يُدعى بِالصّادِقِ، فَبَعدَهُ ابنُهُ موسى يُدعى بِالكاظِمِ، فَبَعدَهُ ابنُهُ عَلِيٌّ يُدعى بِالرِّضا، فَبَعدَهُ ابنُهُ مُحَمَّدٌ يُدعى بِالتَّقِيِّ والزَّكِيِّ، فَبَعدَهُ ابنُهُ عَلِيٌّ يُدعى بِالنَّقِيِّ والهادي، فَبَعدَهُ ابنُهُ الحَسَنُ يُدعى بِالعَسكَرِيِّ، فَبَعدَهُ ابنُهُ مُحَمَّدٌ يُدعى بِالمَهدِيِّ والقائِمِ والحُجَّةِ، فَيَغيبُ ثُمَّ يَخرُجُ، فَإِذا خَرَجَ يَملَأُ الأَرضَ قِسطًا وعَدلاً كَما مُلِئَت جَورًا وظُلمًا، طوبى لِلصّابِرينَ في غَيبَتِهِ، طوبى لِلمُقيمينَ عَلى مَحَبَّتِهِم، اُولئِكَ الَّذين وَصَفَهُمُ اللّهُ في كِتابِهِ وقالَ: «هُدًى لِلمُتَّقينَ. الَّذينَ يُؤمِنونَ بِالغَيبِ»، ثُمَّ قالَ تَعالى: «اُولئِكَ حِزبُ اللّهِ ألا إنَّ حِزبَ اللّهِ هُمُ المُفلِحونَ». “Cəndəl ibn Cünadə ibn Cübeyr Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gedib, belə dedi: “Ey Allahın Rəsulu, mənə özündən sonrakı canişinlərdən xəbər ver ki, onlara qoşula bilim!” Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Mənim canişinlərim on iki nəfərdir.” Cəndəl dedi: “Onların sayı Tövratda belədir.” Sonra dedi: “Ey Allahın Rəsulu, onların adlarını mənə söylə!” Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Onların birincisi vəsilərin sərvəri və imamlar atası Əli, ondan sonra onun iki oğlu Həsən və Hüseyndir. Onlara bağlan ki, nadanların nadanlığı səni azdırmasın. Sonra Əli ibn Hüseyn Zeynəlabidin dünyaya göz açar ki, o vaxt Allah-Taala sənin ömrünü alar. Sənin dünyadan sonuncu nəsibin bir qurtum süddür.” Cəndəl dedi: “Biz Tövrat və peyğəmbərlərin kitablarında İlya, Şəbbər və Şübeyr (adlarını) görmüşük və onlar Əli, Həsən və Hüseynin adlarıdır. Bəs, Hüseyndən sonra kimlərdir və onların adları nədir?” Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Hüseynin dövranı keçdikdən sonra oğlu Əli imam olacaq və ləqəbi Zeynəlabidindir. Ondan sonra oğlu Cəfər və ləqəbi Sadiqdir. Ondan sonra oğlu Musadır ki, Kazim çağrılar. Ondan sonra oğlu Əlidir ki, Rza çağrılar. Ondan sonra oğlu Muhəmməddir ki, Təqi və Zəki çağrılar. Ondan sonra oğlu Əlidir ki, Nəqi və Hadi çağrılar. Ondan sonra oğlu Həsəndir ki, Əskəri çağrılar. Ondan sonra isə oğlu Muhəmməddir ki, Məhdi, Qaim və Höccət çağrılar. O, qeybə çəkilər və yenidən zühur edər. Zühur edərkən yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldurar. Xoş olsun onun qeyb dövründə səbir edənlərin halına! Xoş olsun onlara məhəbbət bəsləyənlərin halına! Allah-Taala onları Öz kitabında vəsf edərək belə buyurmuşdur: “Təqvalılar üçün hidayət mənbəyidir. O kəslər ki, qeybə inanır.” (“Bəqərə” surəsi, ayə 2-3.) Sonra belə buyurmuşdur: “Onlar Allahın ordusudur. Agah olun, nicat tapanlar yalnız Allahın ordusudur!” (“Mücadələ” surəsi, ayə 22; “Yənabiul-məvəddət”, c.3, səh.283, hədis 2.) (maide.az)