Məhəmməd Qəzzali və İslamı üstün etmə ideyası

Məhəmməd Qəzzali və İslamı üstün etmə ideyası

Şeyx Məhəmməd Qəzalinin Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair, Qətər və Fələstində onillik təcrübəsi və tədrisi, məzhəbləri bir-birinə yaxınlaşdırmaq istəyən mütəfəkkiri belə qənaətə gətirdi ki, İslamı üstün etməyin, müsəlman xalqını azğınlıqdan və gerilikdən xilas etməyin yolu, Qurana qayıtmaq və Qurana zidd olan xurafatlardan əl çəkməkdir.

Məhəmməd Qəzali, hicri 1335-ci il zilhiccə ayının 5-də, miladi 1917-ci ildə Misirin Bəhirə vilayətində anadan olmuşdur. Onun atası Şeyx Əhməd əl-Səqqa iş adamı və dindar bir insan idi.

O, təhsilini Əl-Əzhər Universitetində davam etdirib. Orada Şeyx Mahmud Şəltut və Həsən əl-Bənna kimi ustadlardan dərs alıb.

Qəzzali, Əl-Əzhər Universitetini bitirdikdən sonra o universitetin Dini Əsaslar Fakültəsi və Ərəb və İslam Araşdırmaları Mərkəzində dərs deməyə və elmi fəaliyyətə başlayıb.

Şeyx Məhəmməd Qəzalinin Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair, Qətər və Fələstində onillik təcrübəsi və tədrisi, bu məzhəbləri bir-birinə yaxınlaşdırmaq istəyən mütəfəkkiri belə qənaətə gətirdi ki, İslamı üstün etməyin, müsəlman xalqını azğınlıqdan və gerilikdən xilas etməyin yolu, Qurana qayıtmaq və Qurana zidd olan xurafatlardan əl çəkməkdir.