Məhərrəmlik məclisləri QMİ istədiyi kimi təşkil olunacaq

Məhərrəmlik məclisləri QMİ istədiyi kimi təşkil olunacaq

Bu gün (28 iyul) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) məhərrəm ayı ilə bağlı müşavirə keçirilib.

İclasda Komitənin sədri Mübariz Qurbanlı məhərrəm ayının başlaması ilə qurumun üzərinə düşən vəzifələrdən danışıb. Onun sözlərinə görə, matəm məclisləri QMİ-nin verəcəyi fətvanın tələblərinə uyğun təşkil olunmalıdır. Belə ki, mərasimlər xurafat elementləri olmadan baş tutmalıdır.

Bundan öncə, iyulun 27-də də DQİDK məhərrəm ayı ilə əlaqədar müşavirə keçirib. Tədbirdə gənclərin üzərinə dini, milli-mənəvi dəyərləri düzgün öyrənmək və təbliğ etmək kimi bir vəzifənin düşdüyü vurğulanıb.

Qeyd edək ki, məhərəm ayı iyulun 30-da daxil olacaq.