Quran aplikasiyası istifadəyə verilib

Quran aplikasiyası istifadəyə verilib

Küveytdə "Ayatul-Əhkam" Quran aplikasiyası istifadəyə verilib

Küveytdə İslami hökmləri, fiqh, şəriət məsələləri və digər Qurani informasiyanı ehtiva edən “Ayatul-Əhkam” adlı yeni mobil proqram təminatının açılışı olub.

Küvetli ilahiyyatçı proqramist Şeyx Əli Həsən Ğəlumun təşəbbüsü ilə hazırlanan aplikasiya Quranın fiqhi hökmləri, Quranda "üsuli-fiqh" qaydaları, şərəitə ərkanı və digər maarifləndirici məsələləri ehtiva edir.

Proqramda axtarış, çap, kopi və istənilən mövzunun "pdf" formatında almaq, ayələrinin məkki və ya mədəni olmasını öyrənmək, şəriət hökmlərini ehtiva edən ayələri asanlıqla tapmaq kimi imkanları var.

Bu aplikasiyanı "aahkam.com" saytından əldə edə və istifadə qaydalarını qarşıdakı (undefined۴o۰wtQ) link vasitəsi ilə öyrənə bilərsiniz.