Quran nüsxələri İslami İncəsənət Kolleksiyalarının bəzəyi

Quran nüsxələri İslami İncəsənət Kolleksiyalarının bəzəyi

Qurani-Kərimin qədim əlyazma nüsxələri dünyanın hər bir guşəsində bütün muzeylərin İslami İncəsənət Kolleksiyalarının ən dəyərli əsərləri hesab edilir.

Bu qədim Quran nüsxələrindən biri cari ilin Noyabr ayında İngiltərənin paytaxtı London şəhərində yerləşən "Christie's auksionu"nda baza qiymətinin bir neçə dəfə bahasına satıldı.

Bu nüsxənin Osman ibn Əffanın xilafəti dövründə yazılmış (təqribən 650-ci ildə) "vahid müshəf" adlanan müshəflərdən və ya hətta Peyğəmbərin (s) zamanında səhabələrən biri tərəfindən yazılan Quran nüsxəsinin bir səhifəsi olduğu ehtimal edilir.

O zaman Mədinədə hazırlanaraq Kufə, Dəməşq, Məkkə və Bəsrəyə göndərilən "vahid müshəf" nüsxələrindən hər hansı birinin tam mətni dövrümüzə gəlib çatmasa da, araşdırmaçıların fikrincə əlimizdə olan qədim Quran səhifələri arasında həmin müshəflərin də səhifələri mövcuddur.

Noyabr ayında hərraca çıxarılan 34x31 ölçüdə olan nüsxə də İslamın ilk on illiklərinə aid Quran nüsxələrindən bir səhifə idi. Həmin nüsxəyə ilk olaraq 250-350 pound qiymət qoyulmuşdu ki, bir milyon pounda, yəni 1 milyon 300 min dollara satıldı.

Səhabələr tərəfindən hətta Peyğəmbərin (s) həyatda olduğu zaman yazıldığı ehtimal edilən bu nüsxə Hicazi xətti ilə, yəni Hicrətin ilk illərində çox istifadə edilən ilkin Ərəb xətti ilə kitab edilib. Nüsxədə istifadə olunan şaquli xətt növü hicrətin ikinci əsrinə qədər Hicazda istifadə edilirdi. Hicrətin ikinci əsrində isə Kufi xətti daha çox yayılmışdı.

Bu səhifənin mətnin çox hissəsi salamat qalıb. 19 xəttdən 18-i aydın oxunan səhifədə Məryəm surəsinin 82-98-ci ayələri kitabət edilib.

Səhifənin aşağı kənarında isə "təhzib" üsulu ilə işlənmiş bəzəkli lent isə surənin sonuna işarədir. Bu bəzək özü də Ərəb xəttinin ilkin dövrlərinə aiddir.

Keyfiyyətli dəri üzərinə yazılmış bu Quran nüsxəsində söz və həriflərin fasiləsi də çoxdur. Buna görə də demək olar ki, bu müshəf böyük həcimli olmuşdur.

Qeyd edək ki, İslamın ilk əsrinə aid olan Quran nüsxələrindən muzeylərdə 38 səhifə mövcuddur. Bunların çoxu London Böyük Britaniya Kitabxanası, Rumun Vatikan kitabxanası və Türkiyənin Topqapı kitabxanasından saxlanılır.

Hicazi xətti ilə yazılmış digər iki qədim Quran nüsxəsinin səhifəsi Hollandiyanın Layden və Fransanın Parisdəki Milli Kitabxanasında saxlanılır.

Bu nüsxələrin arasında oxşarlığın çox olması bu səhifələrin hamısının bir Quran nüsxəsindən olduğu ehtimalını da gücləndirir. Aparılan araşdırmalardan məlum olur ki, bu səhifələrin çoxu Hicrinin birinci əsrinin ikinci yarısında kitabət edilib, yəni 650-700-ci illərdə. Buna görə də İslam tarixi, Ərəb ədəbiyyatı və Quran sahəsində araşdırma aparan alimlər üçün çox qiymətli hesab olunurlar.

Qeyd edək ki, noyabr ayında satılan nüsxə bundan Parisin "Bizans incəsənəti və Şərq mədəniyyəti" araşdırmaçı alimi Jan Mişel Tiri Du Kursulun (1916-2011) malikiyyətində olub.