Rəbiül-əvvəl ayı üçün əlamətdar İslami günlər

Rəbiül-əvvəl ayı üçün əlamətdar İslami günlər
Maide.Az Rəbiül-əvvəl ayı üçün əlamətdar İslami günləri təqdim edir: 18 oktyabr – 1 Rəbiül-əvvəl - “Leylətul-məbit hadisəsi” - İslam Peyğəmbərinin (s) Məkkədən Mədinəyə hicrəti. 20 oktyabr – 3 Rəbiül-əvvəl - Kəbənin Müaviyə oğlu Yezid tərəfindən yandırılması. 22 oktyabr – 5 Rəbiül-əvvəl - İmam Hüseynin (ə) qızı xanım Səkinənin (s.ə) vəfatı. 25 oktyabr – 8 Rəbiül-əvvəl - İmam Həsən Əskərinin (ə) şəhadəti. 26 oktyabr – 9 Rəbiül-əvvəl - On ikinci imamımız həzrət Sahibəz-Zamanın (ə.c) imamətinin başlanğıc günü. 27 oktyabr - 10 Rəbiül-əvvəl - İslam Peyğəmbərinin (s) xanım Xədicə ilə evliliyi. 29 oktyabr – 12 Rəbiül-əvvəl - İslam Peyğəmbərinin (s) mövludu (əhli-sünnə mənbələrinə əsasən) – Vəhdət həftəsinin başlanması. 1 noyabr - 15 Rəbiül-əvvəl - İslamın ilk məscidi olan Qoba məscidi tikilib. 3 noyabr – 17 Rəbiül-əvvəl - İslam Peyğəmbərinin (s) mövludu (şiə mənbələrinə əsasən). 3 noyabr – 17 Rəbiül-əvvəl - İmam Sadiqin (ə) mövludu. 4 noyabr – 18 Rəbiül-əvvəl - Mədinədə Məscidun-Nəbiyy tikilib.