Ramazan-Mənəvi həyat tərzini reallaşdırmaq fürsətidir

Ramazan-Mənəvi həyat tərzini reallaşdırmaq fürsətidir

Mübarək Ramazan ayının və oruc tutmağın bərəkət və nəticələrindən biri budur ki, insan Allaha bəndə olmağı, mənəvi həyat tərzini və həyatın bütün sahələrində imanla yaşamağı öyrənir.

Əl-Mustafa Beynəlxalq İslam Akademiyasının Pakistandakı nümayəndəliyinin rəhbəri Höccətul-İslam vəl-müslimin Möhsin Paksereşt Tehrani mübarək Ramazan ayı münasibəti ilə sosial şəbəkə üzərindən paylaşdığı videodərsdə 6-cı gününün duasını şərh edib.

"Mübarək Ramazan ayının və oruc tutmağın bərəkət və nəticələrindən biri budur ki, insan Allaha bəndə olmağı, mənəvi həyat tərzini və həyatın bütün sahələrində imanla yaşamağı öyrənir.

Ramazan ayı insanı bütün həyatı boyu və həyatın hər bir sahəsində və bütün işlərində mənəvi yaşamağa sövq edir.

Necə ki, mübarək ayın altıncı gününün duasında oxuyuruq:

اللهمّ لا تَخْذِلْنی فیهِ لِتَعَرّضِ مَعْصِیتِکَ ولا تَضْرِبْنی بِسیاطِ نَقْمَتِکَ وزَحْزحْنی فیهِ من موجِباتِ سَخَطِکَ بِمَنّکَ وأیادیکَ یا مُنْتهی رَغْبـةَ الرّاغبینَ.

İlahi, məni bu ayda günaha yaxınlaşmaqla alçalmaqdan qoru, məni intiqam qamçıları ilə vurma, məni bu ayda səni qəzəbləndirəcək şeylərdən uzaq saxla! Saysız ehsan və nemətlərinin hörmətinə, ey müştaqların son qayəsi!

Bəli, insan mübarək ay üçün oruc niyyəti edərək orucu batil edəcək şeylərdən çəkinəcəyinə söz ver və Allaha yaxınlaşmaq üçün qadağan edilmiş şeylərdən uzaq durur. Allah xatir yemir, içmir, başını suya batırmır, siqaret çəkmir və sair.

Başqa sözlə insan işlərini Allaha xatir etmək üçün məşq edir. İftar zamanı dua edir ki, İlahi, sənin üçün oruc tutdum və sənin üçün iftar edirəm. Yeməyi tərk etməyim sənin əmrinlə idi, iftar etməyim də sənin əmrinlədir.

Hədislərə görə, insanın obaşdansız oruc tutmağı məkruhdur. Bu o deməkdir ki, sən Allahın əmri ilə Sübh azanından öncə qalxmalı və imsak etməlisən ki, bütün işlərini Allah üçün görməyi öyrənəsən. Bununla da Ramazan ayından sonra mənəvi bir həyat sürməyi bacarasan".