Ərbəinə 14 gün qalır: Zəvvarların Kərbəla yürüşü başlayıb

Ərbəinə 14 gün qalır: Zəvvarların Kərbəla yürüşü başlayıb
Ərbəinə 14 gün qalır. 1442-cı hicri ilinin Ərbəin zəvvarları İraqın ucqar bölgələrindən Kərbəlaya doğru piyada yürüşlərini davam etdirir. Maide.Az xəbər verir ki, İraq hökuməti digər ölkələrdən zəvvarların koronavirus səbəbilə ölkəyə girişinə icazə verməsə də İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü (Ərbəin) yaxınlaşdıqca İraq daxilində hər yerdən milyonlar Kərbəlaya axın edir.