Ərbəin zəvvarları Nəcəf-Kərbəla yolunda

Ərbəin zəvvarları Nəcəf-Kərbəla yolunda

Əhli-Beyt (ə) aşiqləri böyük bir izdihamla Həzrət Əba Əbdillah Hüseynin (ə) müqəddəs hərəminə tərəf eşq yolçuluğuna çıxıblar.

İmam Hüseyn aşiqləri müxtəlif ölkələrdə dəstə-dəstə Nəcəf şəhərinə gəlir, hüzur izni alıb İmam Əlinin (ə) müqəddəs məzarını ziyarət edirlər, daha sonra isə Vilayət Şahı ilə vidalaşıb Kərbəla səmtinə üz tuturlar.

Zəvvarların piyada yürüşü Nəcəfdən Kərbəlaya birləşən aşiqlər zənciri yaradıb.

Nəcəfdən Kərbəlaya gedən yola "Təriqul-Hüseyn (ə)" deyilir ki, Nəcəf şəhərindən 1-ci sütundan başlayır və Kərbəlada 1452-ci sütunda başa çatır. Hər sütunun arası 50 metrdir. Yolun ümumi uzunluğu isə 80 km-ə çatır.

Bu yolda mukiblar və fərdi insanlar zəvvarlara xidmət edirlər.