Şəban ayının son günləri üçün İmam Rzadan (ə) tövsiyələr

Şəban ayının son günləri üçün İmam Rzadan (ə) tövsiyələr

İmam Rza (ə) Əbüssəltə buyurdu: "Şəban ayının çox hissəsi geridə qaldı. Bu ayın geridə qalan günlərindəki səhlənkarlıqları onun qalan günlərində yerinə yetirəcəyin yaxşı əməllərlə aradan qaldır və bu günlərdən daha çox bəhrələn:

  1. Çoxlu dua və istiğfar et, Quran oxu;

  2. Günahlarından tövbə et ki, Ramazan ayında özünü Allah üçün xalis etmiş olasan;

  3. Kiminsə əmanət və haqqı boynunda qalmasın;

  4. Əgər möminlərdən kiməsə kin saxlayırsansa, onu qəlbindən çıxart;

  5. Təqvalı ol və keçmiş pis işlərindən çəkin;

  6. Aşkar və gizli işlərində Allaha təvəkkül et;

  1. Bu duanı təkrar-təkrar oxu:

اَللّهُمَّ اِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنا فيما مَضى‏ مِنْ شَعْبانَ، فَاغْفِرْ لَنا فيما بَقِىَ مِنْهُ

Əllahummə illəm təkun ğəfərtə lənə fimə məzə min Şə`bən, fəğfir lənə fimə bəqiyə minhu.

"İlahi, əgər Şəban ayının keçən günlərində bizi bağışlamayıbsansa, onda, qalan günlərində bizi bağışla!" (maide.az)