Şarcə sərgisində qızılla yazılmış Quranın təqdimatı

Şarcə sərgisində qızılla yazılmış Quranın təqdimatı

BƏƏ-nin Şarcə sərgisində 12-ci əsrə aid qızılla yazılmış nəfis Qurani-Kərim nümayiş etdirilib.

Qızılla yazılmış Quranı 40-cı Şarcə Beynəlxalq Kitab Sərgisinin bir guşəsində nadir kitablar və qədimi əlyazmalar ziyarətçiləri özünə cəlb edib. Bu, o güşəni sərginin ən görkəmli və ən parlaq guşəsinə çevirib.

Dəbdəbəli kitablar və qədim əlyazmalar böyük ədəbi-tarixi dəyərinə görə qapalı şüşə qablarda saxlanılır.

Ən görkəmli əsər, Qurani-Kərimin 24 əyar qızılla yazılmış nüsxəsidir. O, 12-ci əsrə aiddir və 500.000 avro dəyərindədir.

Orada həmçinin uzunluğu təqribən 100 sm, eni isə təxminən 60 sm olan Qurani-Kərimin əlyazması nümayiş etdirilib. Bütün Quran, onun üzərində kiçik yazı ilə yazılmışdır ki, onu yalnız yaxından görmək mümkündür.

Bundan əlavə, beynəlxalq rəssam və kubizm məktəbinin banisi Pablo Pikassonun 31 sənət əsərinin yer aldığı daha bir kitab ziyarətçilərin marağına səbəb olub. O, təxminən 450 min avro dəyərindədir.