Tasua gecəsi və Aşura axşamının əməlləri

Tasua gecəsi və Aşura axşamının əməlləri

"Tasua" 9-cu gün deməkdir. Şiə leksikologiyasında Məhərrəm ayının 9-cu gününə "Tasua" deyilir. Tasua, imam Hüseyn (ə) və səhabələrinin Kərbəlada mühasirəyə düşdüyü gündür.

"Tasua" 9-cu gün deməkdir. Şiə leksikologiyasında Məhərrəm ayının 9-cu gününə "Tasua" deyilir. Tasua, imam Hüseyn (ə) və səhabələrinin Kərbəlada mühasirəyə düşdüyü gündür. Tasua günü (9 məhərrəm – 18 avqust), Aşura axşamına keçən gündür. Buna görə də Tausa gününün əməlləri həqiqətdə Aşura axşamının əməlləri hesab edilir:

1.Namazlar

-Gecənin sonunda 4 rükət namaz. Hər rükətdə "Həmd"dən sonra "Ayətül-kürsü", "İxlas", "Fələq" və "Nas" surələrinin hər birini 10 dəfə oxumaq.

-Əmirəlmöminin Əlinin (ə) namazı, 4 rükət (2 dəfə sübh namazı kimi). Hər rükətdə Həmddən sonra 50 dəfə İxlas surəsini oxu. Namazdan sonra Peyğəmbər (s) və Əhli beytinə (ə) çoxlu salavat, onların düşmənlərinə isə lənət de .

-100 rükət namaz (yəni sübh namazı kimi 50 namaz) . Hər rükətdə "Həmd"dən sonra "İxlas" surəsini 3 dəfə oxu. [Niyyət: Aşura gecəsinin namazını qılıram qürbətən iləllah.]

-100 rükəti qılıb qurtarandan sonra 70 dəfə de: Subhanəllah, vəlhəmdu lillah, vəla ilahə illəllahu vəllahu-əkbər, vəla hovlə vəla qüvvətə illa billahil əliyyil əzim.

2. İmam Hüseynin (ə) qəbri kənarında əhya saxlamaq.

3. Bu gecəni sabaha qədər əhya saxlamaq (oyaq qalmaq). Hədisdə deyilir: "Hər kim bu gecəni əhya saxlasa, Allah-Taalaya bütün mələklərin ibadətini etmiş olar."

4. Dua, ibadət və istiğfar etmək.