Çiriş otunun faydaları
Featured

23 Mart 2020

Azərbaycanın müxtəlif bölgələrində bitən çiriş minbir dərdin dərmanıdır

Türkiyənin müxtəlif bölgələrində məşhur olan çirişli xörəklər, salatlar, suplar çox dadlı və sağlamlıq baxımından faydalıdır. Amma nədənsə Azərbaycanda daha çox çirişin qutabı geniş yayılıb.

Azərbaycanda çiriş ən çox Naxçıvan MR-nin Ordubad, Şahbuz, Babək, Culfa, Sədərək, Şərur, Kəngərli rayonlarında, Ağstafa, Qazax, Xaldan, Göyçay, Füzuli, Xonaşen, Cəbrayıl, Lerik, Yardımlı və s. rayonların aşağı, orta dağ qurşaqlarında, gilli-daşlı torpaqlarda, ən çox qaratikan kolları ətrafında bitir.

VETENUGRUNDA.AZ bu otun faydaları haqqında oxucular üçün məlumat hazırlayıb:

- C vitamini baxımından zəngin olan çiriş otu immunitet sistemini gücləndirərək bədəni xəstəliklərdən qoruyar.

- Adət pozulmalarının azalmasına, reql dövrünün nizamlı bir şəkildə davam etməsinə köməkçi olar.

- Vaginal axıntının azalmasına və problemin tamamilə həll edilməsinə kömək edər.

- Sidik yolu infeksiyalarında müalicə müddətinin sürətlənməsinə kömək edər.

- Çiriş otunun suyu sızanaq və eqzema kimi dəri problemlərinin yaxşılaşma müddətinə müsbət təsir edər.

- İçindəki vitaminlər saç tökülmələrini azaldar, saç köklərinin daha güclü olmasını təmin edər.

- Saçqıran kimi daha ciddi saç problemlərinin də yaxşılaşmasında əhəmiyyətli rol oynayar.

- Hemoroid (Babasil) narahatlığının müalicəsində müsbət təsirləri vardır.

- Əmizdirən qadınlarda süd miqdarının artmasına kömək edir.

- Əqrəb və ilan sancmalarında müalicə məqsədli istifadə edilər.

- Ağ qan hüceyrələrinin artmasında rol oynayar.

Çiriş otunun müxtəlif xəstəliklərdə istifadəsinə dair xalq təbabətindən bəzi bilgiləri nəzərinizə çatdırırıq.

Sınıq və çıxıqların müalicəsi

Çiriş bitkisi illik vegetasiyanı başa vurduqda, yeni yerüstü hissəsi quruduqda (bu iyun ayında baş verir) onu qazıyıb çıxarır, köklərini yarpaqdan, torpaqdan təmizləyib qurudurlar. Sonra həvəngdəstədə, xırda dəyirmanda və ya kofe üyüdəndə üyüdürlər.

Çiriş unundan (tozundan) 3 xörək qaşığı götürüb (sınığın ölçüsündə asılı olaraq az və ya çox da götürmək olar), qarağac qabığını suda tünd dəmindən (qabığı xırda-xırda doğrayıb adi çay kimi dəmləyir, 2 stəkan suya 4 xörək qaşığı qabıq əlavə edilir) təpitmə hazırlayırlar. Təpitmə yuxadan bir az qalın, yeni fətir qalınlığında olmalıdır. Sınıq yer təmiz spirtlə silinib təmizlənir. Hazırlanmış təpitməni (məlhəmi) ağ çit parçaya yaxır, üzərinə bir balaca yumurta ağı çəkirlər. Səriştəli, təcrübəli sınıqçı sınmış yerləri qaydaya salır.

Hazırlanmış məlhəmi sınığın üzərinə qoyur. Sonra sınıqdan asılı olaraq, həmin hissəni taxta parçası, iri qarğını iki yerə bölüb ondan hazırlanmış xüsusi alətlərlə sarıyırlar. Bütün əməliyyat təcrübəli türkəçarəçi loğmanın əli ilə aparılsa, həmin hazırlanmış davacatın əvəzi olmaz. Dəvədən, atdan, ulaqdan yıxılanlar, müxtəlif qəzalar zamanı sınıq alanlar bu üsuldan faydalana bilərlər.

Davacat düzgün hazırlanmalı, sarğı çox səliqəli aparılmalıdır. Sarğı 3 gündən bir dəyişdirilməlidir. Yaxşı olar ki, müalicə ərəfəsində çiriş yarpaqlarından kətə bişirilsin və gündə kətə yeyilsin. Bu sınaqların birləşməsini daha da sürətləndirir.

İrin, dolama, çiban tipli yaraların müalicəsi

Bir ədəd çirişin kökünü götürüb yaxşı-yaxşı təmizləyir, qurudur, sonra onu üyüdürlər. Çiriş tozundan 100 qram götürüb 100 qram təmiz balla qarışdırıb vam odun üzərində qaynadırlar. Azacıq soyuduqdan sonra davacatın üzərinə 30 qram əzvay şirəsi qatırlar. Bu qayda ilə hazırlanmış davacatı məlhəm və ya təpitmə şəklində dolamanın, irinləmək istəyən hovlanmış kor çiban tipli yaraların müalicəsində istifadə etmək olar.

Mədə-bağırsaq xəstəlikləri

Mədə-bağırsaq, qarayara, bağırsaq keçməzliyi zamanı çirişin xüsusi müalicəvi əhəmiyyəti vardır. Çirişin tək yarpaqlarından hazırlanmış buğlama, sıyıq, kətə, qutab və s. xörəklər orqanizmin müxtəlif vitaminlərlə təmin edilməsi və möhkəmləndirilməsi üçün daha çox faydalıdır.

Toplanmış çiriş yarpaqları duzlu suda pörtülür, acı suyu çıxarılır. Çirişi iri-iri doğrayıb Yağda qızardılmış soğana əlavə edib yaxşıca qovurmaq lazımdır. Qovrulmuş çirişin üstünə yumurta vurub çığırtma hazırlanır. Sarımsaqlı qatıqla yeyilir.

Bu yemək vitamin qıtlığından əziyyət çəkən orqanizmi vitaminlərlə qidalandırır, həmçinin qida borusu, mədə və bağırsağın divarlarını yumşaldır. Bağırsağın selikli qişasını möhkəmləndirir. 

Top
JoomlaLock.com All4Share.net