Oqtay Şirəliyev:"Azərbaycanda koronavirusun yayılmasının qarşısı alınıb"
Featured

24 Mart 2020

Koronavirusla bağlı məlumat çıxan kimi Prezident İlham Əliyevin verdiyi tapşırıqlar və görülən tədbirlər nəticəsində pandemiyanın Azərbaycanda yayılmasının qarşısı alındı.

Səhiyyə naziri Oqtay Şirəliyev bu barədə AzTV-nin "Hədəf" proqramında danışıb.

Nazir bildirib ki, Azərbaycan vaxt itirmədən bu işə başladı:

"Bu yeni bir xəstəlik idi və onun laborator müayinələri çətin idi. Gecə ilə qardaş Türkiyədən Azərbaycana testlər gətirildi və şübhəli şəxslər o testlərdən keçirilərək nəzarətə götürüldü".

Top
JoomlaLock.com All4Share.net