“Əəə, sənsən babamın heykəlini yazan?”

Dünən 10 il azadlıqdan məhrum edilən Bayram Məmmədovun məhkəmədə söylədiyi son sözündəki bu hissə xüsusilə diqqətçəkən idi: "Baş verənlərdən sonra bir daha əmin oldum ki, bu polisin məqsədi cinayətkarlığı aradan qaldırmaq yox, hakimiyyəti qoruyub saxlamaqdır. Hakimiyyət güclü strukturu olan polisdən xalqı əzmək üçün istifadə edir.

Bilmirəm ki, Qiyası tutan polislər ona nə deyiblər, amma məni tutanların reaksiyası bu idi: “Əəə, sənsən babamın heykəlini yazan?”. Görəsən bu adamların nənələri necə həyat yaşayıb ki, babalarının kim olduğunu bilmirlər?
Həbs boş şeydir. Əsas odur ki, biz bütü dağıtdıq. Xalqın içindən çıxan iki gənc olaraq, göstərdik ki, Heydər Əliyev büt deyil…"

Qeyd edək ki, Bayram Məmmədov və Qiyas İbrahimov ötən ilin may ayında mərhum prezident Heydər Əliyevin paytaxtdakı heykəllərindən birinin üstünə "Qul bayramınız mübarək!" sözlərini yazdıqların grə həbs ediliblər. Hər iki gənci 10 il azadlıqdan məhrum ediblər. Lakin onları heykəli yazdıqlarına görə həbs etsələr də narkotika ittihamı ilə cəzalandırdılar.