Nardaranda qəbirləri dağıtdılar

26 noyabr 2015- ci ildə Nardaranda baş vermiş qanlı hadisələr zamanı qətlə yetirilmiş 4 nəfər yerli sakinin qəbirləri dağıdılıb.

VETENUGRUNDA.AZ-ın verdiyi xəbərə görə, bu məlumatı Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda məhkəmə prosesi gedən Cabbar Cabbarov verib. Daha sonra bu məlumatı yerli sakinlər də təsdiq edib. 

Əldə etdiyimiz məlumata görə Nardaran kənd sakinləri dağıdılmış qəbirləri ziyarət edib, orda təmizlik və səliqə- səhman işləri aparıblar.

Maraqlı və diqqət çəkən məqam odur ki, 26 noyabrda qətlə yetirilmiş şəxsləri yerli sakinlər "şəhid" deyə çağırırlar.Onların qəbirlərini də "şəhid qəbirləri" adlandırırlar. Bir neçə gün sonra isə onların "il mərasimi" olacaq.

Qəbirlərə, tarixi abidələrə toxunmaq, onları dağıtmaq, təhqir etmək qeyri- insani hərəkət olmaqla həm də cinayətdir. Hesab edirəm ki, günahsız insanları qətlə yetirib onların məzarını dağıtmaq insanlıq adına günah və cinayətdir. Bu günaha batanlar, cinayətə yol verənlər məsuliyyətə cəlb edilib cavab verməlidir.