3 aya 2,6 milyard dollar qazandı

3 aya 2,6 milyard dollar qazandı

Zəngin rusiyalıların sərvəti cari ilin ilk 3 ayında 23,9 milyard dollar artıb

Bu məlumatı "RİA Novosti" yayıb. Məlumata görə, 3 ay ərzində rusiyalı milyarderlər arasında ən çox Əlişir Usmanov itirib. Onun sərvəti 1,38 milyard dollar azalıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Rusiyanın neft maqnatı, "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov isə sərvəti 2,61 milyard dollar artıra bilib. Beləliklə dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlı, 2006-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının - 793 milyarderin siyahısında 37-ci yeri tutan Ələkbərovun sərvəti 19,9 milyard dollara çatıb.

Qeyd edək ki, Vahid Ələkbərov 1 sentyabr 1950-ci ildə Bakıxanov qəsəbəsində anadan olub.