32 mərtəbəli bankımız- 1 trilyonluq aktivi olan 3 mərtəbəli Norveç bankı və...

32 mərtəbəli bankımız- 1 trilyonluq aktivi olan 3 mərtəbəli Norveç bankı və...

450 milyon manat vəsaitlə 5000 min istedadlı GƏNCİMİZİ dünyanın ən nüfuzlu Universitetlərində, 2 il ərzində xaricdə magist təhsilinin xərclərini ödəmək olar

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu fikirlər Azərbaycanlı iqtisadçı, Rutgers Universitetinin professoru Qubad İbadoğluna məxsusdur. O, dünən Türkiyənin "Tekfen İnşaat və Təsisat" şirkətinin Azərbaycan Mərkəzi Bankı üçün 218 milyon avroya (452 milyon manat) başa gələcək yeni inzibati bina inşa edəcəyi ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib. Ümumiyyətlə, Azərbaycanın belə bahalı 32 mərtəbəli bank binasına ehtiyacı varmı? 

İqtisadçı alimimizin fikirlərini oxucularımıza təqdim edirik:

"Foto bölməsində təqdim olunan ardıcıllıqla Azərbaycanın, Rusiyanın, Belarusun , Ukraynanın İsveçrənin və Norveçin Mərkəzi Banklarının ofis binalarıdır.

144,5 milyon əhalisi olan Rusiyanın Mərkəzi Bank binası 2 mərtəbəli,

45 milyon əhalisi olan Ukraynanın Mərkəzi Bank binası 4 mərtəbəli,

9,5 milyon əhalisi olan Belarusun Mərkəzi Bankı 5 mərtəbəli,

siyasi elitanın Azərbaycandan oğurladığı kapitalı depozitə qoyduğu

İsveçrə Mərkəzi Bankının binası da 4 mərtəbəli,

1 trilyon aktivləri olan Norveç Mərkəzi Bankı 3 mərtəbəlidir.

10 milyon əhalisi olan Azərbaycanda 450 milyon manata Mərkəzi Banka 160 metr hündürlüyü olan 32 mərtəbərli inzibati bina tikiləcək və hər mərtəbəyə 14 milyon 62 min manat xərclənəcək.

Binanın sahəsi 67.926 kvadratmetr olacaq ki, bu hesabla da hər 1 kv metrin tikintisinə də 6625 manat məsrəf ediləcək. Bu, Heydər Əliyev Mərkəzindən sonra hər kv metrə düşən tikinti xərclərinə görə ikinci bahalı dövlət obyekti olacaq. Hələ qarşıda yeni tikilən binanın kopmplektləşdirilməsi, mebellə təchizatı və digər xərcləri vardır.

Böyük Bərpa Planına görə, işğaldan azad edilmiş ərazilərdə tikiləcək mənzillərin hər kv metrinin smeta dəyəri 350 manat olacaq. Bu hesabla təkcə Mərkəzi Bankın binasının tikintisinə xərclənəcək vəsaitlə Qarabağda ümumilikdə 1 milyon 287 min 714 kv metr yaşayış sahəsi olan mənzillər və Böyük Bərpa Proqramında nəzərdə tutulduğu kimi hər biri 85 kv metrdən olmaqla 15 min 149 ev tikmək olar.

Məlumat üçün qeyd edim ki, Böyük Bərpa Proqramı üzrə Füzilidə 13500, Cəbrayılda isə 13000 evin tikilməsi planlaşdırılıb. 450 milyon manat vəsaitlə 5000 min istedadlı Azərbaycan gəncinin dünyanın ən nüfuzlu Universitetlərdə 2 il ərzində xaricdə magist təhsilinin xərclərini ödəmək, onların yaşayış xərclərini tam şəkildə qarşılamaq, bununla da 2 il ərzində beynəlxalq standartlara cavab verən 5000 kadr hazırlamaq olar.

P.S. Pandemiya ilə əlaqədar olaraq dünyanın hətta maliyyə və biznes mərkəzlərində ofislər boşdur, əmlak hər gün dəyər itirir, böyük şirkətlərin və dövlət orqanlarının işçiləri evdən çalışır, belə bir vəziyyətdə 450 milyon manat dövlət vəsaitin ofis binasının tikintisinə xərcləmək,, yalnız "iqtisadiyyatçılar"ın ağıllarının məhsulu ola bilər.

Heç şübhəsiz ki, meqa korrupsiya layihələri, ağ fillər milli iqtisadiyyatın nəinki cari vəziyyətini, həm də gələcək durumunu çətinləşdirir, bir sözlə ölkəni inkişafdan saxlayır."

Şəkildə bunlar ola bilər: səma və çöldə

Rusiya Mərkəzi Bankı faizləri artıracaqmı? » QƏRBİNFO.az - xəbər portalı

Национальный банк Республики Беларусь - кредиты, вклады, отзывы о банке |  InfoBank.by

Национальный банк Украины. Адрес Национальный банк Украины - ул.  Институтская, 9. Банки - Киев Vgorode.ua