ABŞ Rusiyadan rekord həddə neft idxal etdi

ABŞ Rusiyadan rekord həddə neft idxal etdi

 ABŞ 2020-ci ildə Rusiyadan 538 min barel/sutka neft və neft məhsulu idxal edib. Bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir.

Qeyd olunur ki, bu göstərici 2011-ci ildən sonra ən yüksək göstərici olub. Həmin il ABŞ-ın Rusiyadan neft və neft məhsulu idxalı 624 min barel/sutka təşkil etmişdi. Ötən il ABŞ ən çox Kanadadan (4,1 milyon barel/sutka) və Meksikadan (750 min barel/sutka) neft və neft məhsulu idxal edib. (virtualaz)