Azərbaycan nefti 130 dolları ötdü

Azərbaycan nefti 130 dolları ötdü

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 2 dollardan çox bahalaşıb.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,08 ABŞ dolları, yaxud 1,63 % artaraq 130,02 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir.

Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.