Azərbaycan neftinin qiyməti 100 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 100 dollara yaxınlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,23 ABŞ dolları, yaxud 4,45 % artaraq 99,30 ABŞ dollarına çatıb.

Dünən "Brent" markalı neftin bir bareli 93,27 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.