Azərbaycanda "Avro-5" dizel istehsal ediləcək

Azərbaycanda "Avro-5" dizel istehsal ediləcək

Neft Emalı zavodunun "Modernizasiya və yenidənqurma" layihəsinin rəhbəri Emil Alxaslı deyib ki, gələn ildən Azərbaycanda "Avro-5" standartlarına cavab verən benzin istehsal ediləcək: "Hazırda zavodda "Aİ 92" markalı benzinin istehsalı dayanıb. Buna baxmayaraq, daxili bazarda bu növ yanacaqla bağlı qıtlıq olmayacaq. İlk öncə "Avro-5" dizel istehsalı alınması üçün lazım olan qurğuların istismara verilməsi nəzərdə tutulur.

Plana əsasən, 2022-ci ilin ortalarında "Avro-5" dizel istehsal edə biləcəyik. Daha sonra mütəmadi olaraq benzinin keyfiyyəti artırılaraq 2023-cü ilin ortalarında "Avro-5" standartlarına uyğun benzin istehsalı təmin olunacaq. Dizel-kerosin yanacaq təminatı daxili istehsal, benzin ehtiyatının bir qismi isə idxal hesabına təmin olunacaq".

Emil Alxaslıqeyd edib ki, zavod tam istismara verildikdən sonra daxili bazarın "Avro-5" standartlarına uyğun dizel və benzinlə tam təmin ediləcək.