Azərbaycanda eşşəklər azalıb, donuzlar çoxalıb - Rəsmi statistika

Azərbaycanda eşşəklər azalıb, donuzlar çoxalıb - Rəsmi statistika

Azərbaycanda bəzi ev heyvanlarının sayında artım, bəzilərininkində azalma baş verib. Bunu heyvanların 2019-cu ildəki baş sayını 2018-ci ildəki sayla müqayisə edərək söyləmək olur.

Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il azalma iribuynuzlu mal-qaranın, qoyun və keçilərin, atların və eşşəklərin sayında baş verib.

Belə ki, atların sayı 68500 başdan 65200 başa, eşşəklərin sayı 30900 başdan 28000 başa enib.

Azərbaycanda qoyun və keçilərin də sayı azalıb – 8.454.300 başdan 8.304.100 başa...

İribuynuzlu mal-qara (inək və camışlar) sayında azalma belə olub – 2.673.000 başdan 2.658.800 başa...

Ölkədə fəaliyyət göstərən təsərrüfatlardakı donuzların sayında isə artım qeydə alınıb. Belə ki, donuzlar 4900 başdan 5500 başadək artıb.

Dəvə və qatırların sayı isə sabit qalıb – müvafiq olaraq 200 və 100 baş.(modern.az)