Azərbaycanda iqtisadi böhran dərinləşir-Nə etməli?

Azərbaycanda iqtisadi böhran dərinləşir-Nə etməli?

Bu barədə iqtisadçı alim, Rutgers Universitetinin professoru Qubad İbadoğlu məlumat paylaşıb.

Vetenugrunda.az iqtisadçı alimin fikirlərini olduğu kimi təqdim edir:

"Nə etməli?

Ölkə yalançı inkişaf nağıllarının fəlakətli sonluğuna yaxınlaşır. İqtisadiyyatda inhisarçılıq, idarəetmədə korrupsiya, neft gəlirlərinin və sərvətlərin bölgüsündə ədalətsiz, maliyyə sektorunda müştəri etimazsızlığı, cəmiyyətdə inamsızlıq porblemlərinə bu il tənzimləmə və mühafizə orqanlarının fəaliyyətində müşahidə olunan itaətsizlik və sabotajlar da əlavə olunub. Bütün bunların nəticəsində sosial-iqtisadi böhranla paralel olaraq epidomoloji və ekoloji böhranların da yaranması dövləti uçuruma aparır.

Bütün bunlar illərlə davam edən yarıtmaz idarəetmənin və genişlənən korrupsiyanın məntiqi sonluğundur. Hətta pandemiya olmasaydı da bu il üçün böhran qaçılmaz idi. Bu barədə ötən ilin dekabrında "Bu ildən gözləntilər" adlı yazımda geniş bəhs etmişəm.

Bu yazını politoloq Mehman Əliyev 6 aydan sonra nəzərdən keçirib və mənim proqnozlarımı öz baxış bucağından şərh edərək bu qənaətə gəlib ki, hazırkı iqtisadı böhranın əsas səbəbi pandemiya və neft deyil, idarəçilikdir. Maraqlananlar bu link vasitəsilə oxuya bilərlər:  https://www.astna.biz/…/2020/6/free/eco-macroeco/az/1496.htm

Hazırda böhran hərtərəfli və sürətlidir-Onu aşağdakı meyllərdən görmək olar

1) Ötən ilin "iki fazalı sosial inqilabı"nı bu il iş yerlərinin kütləvi ixtisarı, yoxsulluğun artması əvəz edib. 2) May ayında ÜDM-də 1,7 faiz tənəzzül qeydə alınsa da iqtisadiyyat əlsində 3,9 faiz kiçilib. Çünki, apreldə ÜDM 2,2 faiz artmışdı, mayda isə 1,7 faiz eniş müşahidə olundu. (2,2 %+1,7%) = 3,9 faiz. 3) 2020-ci ilin 1-ci rübündə ölkənin tədiyə balansında 1 milyard 343 milyon 500 min dollar kəsir yaranıb.

Manata təzyiq artıb. 4) Bəzi sahələrdə (turizm, hotelçilik, nəqliyyat və sairə) iqtisadiyyat açılsa belə hazırkı şərtlər daxilində oların əvvəlki potensiallarını bərpa etməsi üçün daha çox vaxt tələb olunur.

İşsizliyin artması, əhalinin sürətlə yoxsullaşması alıcılıq qabliyyətinin azalmasına gətirib çıxarıb ki, bu da xüsusən də daxili bazara işləyən milli iqtisadiyyat üçün məcmu tələbi aşağı salaraq və böhrandan çıxış trayektoriyasını uzadır.

Bütün bunlara pandemiyanın yaratdığı psixoloji, Kür və Araz çaylarında suyun səviyyəsinin aşağı düşməsinə görə yaranan ekoloji və aqrar problemləri də bu siyahıya əlavə edəndə yaxın perspektiv çox tutqun görsənir.

Nə etməli?

Problemlərin yeganə həlli islahatlardan keçir. İslahatların müvəffəqiyyəti və dönməzliyi isə onu aparanlara etimadın formalaşdırılmasından asılıdır. Etimadın yaranması üçün koalisiya hakimiyyəti formalaşdırılmasından başqa alternativ qalmayıb.