Azərbaycanın at əti biznesi

Azərbaycanın at əti biznesi

Azərbaycanda ümumilikdə 77 min baş at var. Bu ilin ilk 4 ayı ərzində Azərbaycan xarici ölkələrə 677 ədəd diri at satıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə at ixracı kəskin artıb. Belə ki, 2021-ci ilin ilk 4 ayında Azərbaycandan xaricə cəmi 2 at satılıb. Bu il xaricə satılan bir baş atın orta gömrük dəyəri 178 dollar (303 manat) olub.

Məlumat üçün qeyd edək ki, atların böyük əksəriyyəti – 608 başı Qazaxıstana satılıb.

Qazaxıstana satılan bir baş atın orta gömrük dəyəri 174 dollar (296 manat) olub. Bundan başqa 59 at Qırğızıstana, 7 at Türkiyəyə, 2 at Gürcüstana, 1 at isə Rusiyaya satılıb. Qırğızıstana satılan bir baş atın orta gömrük dəyəri 170 dollar, Türkiyəyə 220 dollar, Gürcüstana 1000 dollar, Rusiyaya isə 930 dollar olub. Onu da bildirək ki, Azərbaycan bu il Rusiyadan 45 baş at idxal edib. Rusiyadan alınan bir baş atın orta gömrük dəyəri 175 dollar olub.

Azərbaycanda diri at (ətlik istiqamət üzrə) ixracına ilk dəfə olaraq 2016-cı ildə başlanıb. Həmin il 1155 baş at ixrac olunub və bunun 1120-si Qazaxıstana satılıb.

2016-cı ildə Qazaxıstana satılan bir baş atın orta gömrük dəyıri 140 dollar. 2017-ci ildə at ixrac 2016-cı illə müqayisədə 6,6 dəfə artaraq 7619 baş at olub və bunların hamısı Qazaxıstana satılıb. Orta gömrük dəyəri isə 148 dollar olub.

2018-ci ildə at satışı azalaraq 2071-ə düşüb. Bir baş atın qiyməti isə 149 dollar təşkil edib.

2019-cu ildə at ixracı 461 baş, 2020-ci ildə 208 baş, 2021-ci ildə isə 349 baş olub. Xatırladaq ki, İslam ölkələri (Orta Asiya istisna olmaqla) və ingilisdilli ölkələr at ətini istehlak etməyən ölkələr hesab olunur.

Fransa, İtaliya, Belçika, Almaniya və Orta Asiya ölkələri başda olmaqla digər ölkələrdə ən çox istifadə olunan ət növlərindən biri at ətidir.

Qeyd edək ki, Qanunvericiliyə görə, kəsiləcək ət sağ olarkən yoxlanılmalıdır. Çünki atda manqo adlı xəstəlik olur, ona yoluxan insanın isə sağalması mümkün deyil. İlk növbədə manqo, daha sonra digər yoluxucu xəstəliklərin əlamətləri aşkar edilmirsə, həmin atın kəsimi və satışına icazə verilir. Azərbaycanda at əti istehsalında qanunvericiliyin bu müddəasına əməl edilirmi? Bu barədə konkret məlumat yoxdur.