"Dəvəçi broyler" ləğv edilir

"Dəvəçi broyler" ləğv edilir

Azərbaycanın aparıcı broyler müəssisəsi ləğv olunur 

"Dəvəçi Broyler Dərin Emal" MMC ləğv olunduğunu elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. 

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Cəmiyyətin baş ofisinin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Dəvəçi Broyler Dərin Emal" MMC 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,5 milyon manatdır. Şirkətin təsisçisi "Səba" ASC-dir.