Dünyanın ən zəngin 20 adamı

Dünyanın ən zəngin 20 adamı

"Forbes USA" jurnalı dollar milyarderlərinin növbəti, 36-cı qlobal reytinqini dərc edib. İlk dəfədir ki, birinci sıranı İlon Mask tutub.

İlon Mask 2021 yanvar ayında Ceff Bezosu keçərək hazırda yaşayan dünyanın və tarixin (ilk dəfə 300 milyard dolları keçən şəxs) ən varlı şəxsi olub.

Lakin iki il əvvəl "SpaceX" və "Tesla"nın rəhbəri 31-ci yerdə olub. İl ərzində sahibkarın sərvəti 68 milyard dollar artıb və 219 milyard dollara çatıb. Buna isə Covid-19 şousunun səbəb olduğunu iddia edirlər. 

Bu barədə "Forbes.ru" məlumat yayıb. 

Ümumilikdə, reytinqdə 2 668 milyarder yer alır – bu, 2021-ci illə müqayisədə 87 nəfər çoxdur. Onların ümumi sərvəti 12.7 trilyon dollar təşkil edir ki, bu da ötən ilkindən 0.4 trilyon dollar azdır.

Dünyanın ən zəngin 20 adamının tam siyahısı:

  1. İlon Mask ($219 mlrd.)

  2. Ceff Bezos ($171 mlrd.)

  3. Bernar Arno ($158 mlrd.)

  4. Bill Qeyts ($129 mlrd.)

  5. Uorren Baffet ($118 mlrd.)

  6. Larri Peyc ($111 mlrd.)

  7. Serqey Brin ($107 mlrd.)

  8. Larri Ellison ($106 mlrd.)

  9. Stiv Balmer ($91.4 mlrd.)

  10. Mukeş Ambani ($90.7 mlrd.)

  11. Quatam Adani və onun ailəsi ($90 mlrd.)

  12. Maykl Blumberq ($82 mlrd.)

  13. Karlos Slim Elu ($81.2 mlrd.)

  14. Fransuaza Betankur-Mayers və ailəsi ($74.8 mlrd.)

  15. Mark Çukerberq ($67.3 mlrd.)

  16. Cim Uolton ($66.2 mlrd.)

  17. Zhun Shanshan ($65.7 mlrd.)

  18. Elis Uolton ($65.3 mlrd.)

  19. Rob Uolton ($65 mlrd.)

  20. Çanpen Zhao ($65 mlrd.).