Ermənilər Azərbaycanın bu xəzinələrini oğurlayıb

Ermənilər Azərbaycanın bu xəzinələrini oğurlayıb
Ermənilərin sümürdüyü sərvətlərimizin siyahısına baxaq: qızıl, mərmər, gümüş, mis və s. təbii ehtiyatları hasil edən 32 müəssisə fəaliyyət göstərir. Onların istisnasız olaraq hamısı Ermənistana məxsusdur. "Sterlite Gold Ltd", "Sirkap Armenian", "Base Metals", "Manex and Valex", "Armenian Copper Programme", FDM kimi şirkətlər 2001-ci ildən bəri Dağlıq Qarabağda və işğal altındakı digər ərazilərimizdə 24 tondançox qızıl çıxarıb daşıyıblar. Bu torpaqlarda eyni zamanda 5 qızıl, 6 civə, 2 mis, habelə qurğuşun, sink, 9 gips, 4 mərmər-tuf yataqları var. Üstəlik, 17 qiymətli daşlar, 10 mineral su, 7 müalicəvi palçıq yataqlarını da unutmamalıyıq. Bundan başqa, həmin ərazilər zəngin vismut, vanadium, kobalt, xrom, maqnezium, nadir metallar, kükürd kolçedanı ehtiyatlarına malikdir. Ehtiyat və resursların toplam həcminə gəldikdə, bu torpaqlarda 1250 ton qızıl, 4550 ton gümüş, 1,84 milyon ton mis, 662 min ton qurğuşun, 775 min ton sink, 152 min ton kobalt, 2,25 milyon ton xrom, habelə tərkibində əsas xammalın miqdarı 40 faizdən artıq olan 123 milyon ton boksit var. Ən başlıcası isə Dağlıq Qarabağla ətraf rayonlarda neft var. Hadrut, Ağdərə və Əsgər rayonlarındakı bəzi yerlərdə neft hətta yer səthinə çıxır. ABŞ-dakı Con Hopkins Universitetinin hesablamalarına görə, sadəcə Cəbrayıl və Zəngilan rayonlarında ümumi ehtiyatları 150 milyon ton neft və 258 milyard kubmetr olan təbii qaz yataqları var. Sözügedən bölgədə geoloqların "lokal tələ"lər adlandırdıqları 7 yataqlar blokunda isə 5 milyon ton neft və 19 milyard kubmetr təbii qaz ehtiyatları mövcuddur. 1991-ci ildə ermənilərin işğal etdikləri Laçın rayonu da təbii ehtiyatlarla çox zəngindir. Laçın rayonunda bəzi bitkilərin bərkimiş qətranı olan kopal var. Asan alovlanan, alışan kükürd iyi verən komal kimya sənayesi üçün çox dəyərli xammaldır. Ağdərə rayonunda da iri neft yataqları var. Elə həmin rayondakı Heyvalı (Drmbon) kəndinin yaxınılığında Ermənistanın "Vallex Group" şirkətinin ("Base Metalls"ın törəmə strukturu) 2002-ci ilin avqustunda istifadəyə verdiyi kombinat qızıl-mis yatağının istismarı ilə məşğuldur. 1200 nəfər işçinin 4 növbədə çalışdığı bu kombinatdan konsentrat Ermənistandakı Alaverdi mis-molibden zavoduna daşınır, orada metallurji emala məruz qalır, sonra isə tərkibində qızıl olan mis Avropa Birliyi ölkələrinin bazarına çıxarılaraq satılır. Sadəcə, həmin kombinat son 14 ildə Ermənistan büdcəsinə 197,5 milyon dollar xalis gəlir verib. Kaşen və Sahkaşen kəndlərinin yaxınlığında isə uran yatağının aşkarlandığı vurğulanır. Ağdərə rayonundakı Qızılbulaq yatağında 13,6 min ton qızıl və 47,9 milyon ton mis, Mehmana yatağında 37,3 milyon ton qurğuşun və 40,4 milyon ton sink, Dəmirli yatağında 100 milyon ton mis, Canyataq-Gülyataq yataqlarında isə 5 min ton qızıl ehtiyatı var.Ermənilər işğal etdikləri Kəlbəcər rayonunda yerləşən Söyüdlü (Zod) yatağından da bəhrələnirlər: bu yataqda 112,5 ton qızıl var. Rayondakı Ağduzdağ və Tuthun yataqlarının ehtiyatlarının ümumi həcmi 13,2 ton qızıldır.Zəngilan rayonundakı Vəcnəli yatağına gəldikdə, orada 6,5 ton qızıl və 3 min ton mis var.Hazırda Dağlıq Qarabağdakı separatçı rejimin gəlirlərinin 73 faizini dağ-mədən sənayesində fəaliyyət göstərən Ermənistan şirkətlərinin ödənişləri təşkil edir. Ermənistanın "Armenian copper program" şirkəti isə bu il rafinə olunmamış mis istehsalını 6,8 faiz artıraraq 1778 tona çatdırıb.Kanadanın "First Dynasty Mines" (FDM) şirkətinin Ermənistandakı bölməsi olan FDM-ə Kəlbəcər rayonu "verilib". Bu şirkət "Söyüdlü" yatağında ildə 4,5 tion xalis qızıl çıxarır. Ümumiyyətlə isə FDM Kəlbəcər rayonunda ildə 16,2 ton qızıl hasil edir. Aktivlərinin əksəriyyəti Markus Randolfa məxsus "Sterility Gold LTD" şirkəti 2004-ü ildən bəri Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər rayonlarındakı yataqların istismarına 29 milyon dollar vəsait yatırıb. Ermənistandakı "Ararat Gold Recovery Company" (AGRC) şirkəti Ağdərə və Laçın rayonlarındakı qızıl yataqlarının istismarı ilə məşğuldur. AGRC şirkəti hazırda 370 ton qızıl ehtiyatının faktiki sahibidir. Ermənistandakı "Global Gold" şirkətinə gəldikdə isə, bu struktur Kəlbəcər və Zəngilan rayonlarında qızıl hasilatı ilə məşğuldur. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı 4 milyon ton mis, 1,6 milyon ton sink və qurğuşun, 214 ton qızıl ehtiyatlarına malik yataqlar, habelə kvars qumu, çox keyfiyyətli gil və gips yataqlarını da unutmayaq. Ekspertlərin təqribi hesablamalarına görə, Dağlıq Qarabağda və Azərbaycanın erməni işğalındakı digər ərazilərində, yəni 7 rayonda indiyədək kəşf olunmuş, resursları hesablanmış yataqlarla mədənlərin resursları minium 7.6 milyard dollar həcmindədir. Erməni işğalında olan rayonlarımızdakı yataqların siyahısına nəzər salaq: Ağdərə -"Qızılbulaq", "Mehmanə", "Dəmirçi", "Canyataq", "Gülyataq", "Ağdərə", "Şorbulaq". Şuşa "Şuşakənd", "Şirlan". Xocalı "Zərinbax", "Ağçay", "Əsgəran". Xocavənd- "Ediş", "Xocavənd" Kəlbəcər- "Söyüdlü", "Ağduzlaq", "Tuthun", "Ağyataq", "Levçay", "Şorbulaq", "Ağdəyə", "Kilsəli", "Keşdək", "Keçəldağ", "Çelli", "Yuxarı İstisu", "Aşağı İstisu", "Tuthun-Qarasu", "Mozçay", "Qoturlu". Laçın- "Çilkəz", "Narzanlı", "Xoçaz", "Əhmədli", "Yuxarı Həkəriçay", "Novruzlu", "Laçın", "Quşçu", "Minkənd". Qubadlı-"Hacılı", "Xanlıq", "Qubadlı". Zəngilan-"Vecnəli", "Oxçuçay", "Zəngilan", "Vartaz-1", "Vartaz-2", "Hərifan". Cəbrayıl-"Tuluz", "Qaracalı", "Soltanlı", "Çaxmaxçay", "Göyərçin Veysəlli", "Minbaşılı", "Ağtəpə", "Cəfərabad", "Şahverdilər", "Çaxmaqqaya". Fizuli-"Şahbulaq", "Gülablı", "Çobandağ", "Boyəhmədli", "Qarqarçay-1", "Qarqarçay-2", "Xaçınçay", "Qarğaçay", "Ovruzlu", "Yusifli". Ermənilərin həmin milyardları əldən verməmək üçün "Dağlıq Qaradağ ermənilərinin mübarizəsi" adlı mif uydurduqlarının səbəbləri indi bəlli oldumu?.... Milli.az-2016