Moldova Azərbaycandan kömək istədi

Moldova Azərbaycandan kömək istədi

Moldova ölkədə yaranmış qaz böhranının aradan qaldırılması üçün Azərbaycan, Almaniya, Polşa və Rumıniyadan kömək istəyib.

Moldova hökuməti oktyabrın 22-i qaz çatışmazlığı ilə əlaqədar noyabrın 20-dək ölkədə fövqəladə vəziyyət elan edib.

Bu barədə məlumatı Moldova prezidenti Maya Sandu açıqlamasında deyib:

"Mən qaz böhranının aradan qaldırılması üçün Moldovanın əsas tərəfdaşlarından kömək istədim və aldığım cavaba əsasən, respublika sakinləri bu böhran qarşısında tək qalmayacaqlar. Bu barədə Azərbaycan, Rumıniya, Polşa və Almaniya Prezidentləri ilə danışmışam".

Xatırladaq ki, Moldova 2008-ci ildə imzalanmış müqavilə əsasında Rusiyanın "Qazprom" şirkətindən qaz alırdı. Lakin müqavilənin müddəti cari ilin sentyabrın 30-u başa çatıb və "Qazprom" qazın qiymətini qaldırıb.

Həmçinin, yığılmış 700 milyon dollar borcu da Moldova hökumətindən tələb edir.