ABŞ Yaponiyanı qabaqladı

ABŞ Yaponiyanı qabaqladı

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Bu gün daha 25 dəst medal sahibini tapıb. Bununla da Olimpiadada sahibi müəyyənləşən mükafat dəstlərinin ümumi sayı 179-a çatıb. Bu medallara 76 ölkə təmsilçisi yiyələnib.

Bu gün Azərbaycan millisi də aktivinə ikinci bürünc medalı əlavə edib. Boksçumuz Alfonso Dominqes (81 kq) yarımfinalda məğlub olduğu üçün Oyunları 3-cü yerdə bitirəcəyi rəsmiləşib. Ölkəmiz iki bürünclə 70-71-ci yerləri bölüşür.

Çempionluq isə 53 yığma üzvünə nəsib olub. Medal sıralamasına Çin başçılıq edir. ABŞ ikinci pilləyə yüksəlibsə, Yaponiya üçüncü sıraya düşüb.

Qeyd edək ki, hündürlüyə tullanma yarışında Qətər və İtaliya idmançısı eyni nəticə göstərdiyindən hər ikisinə qızıl medal verilib.