Argentinada Maradonaya görə 3 günlük matəm

Argentinada Maradonaya görə 3 günlük matəm

Noyabrın 25-də dünya futbol əfsanəsi Dieqo Armando Maradona 60 yaşında vəfat edib.

Argentina hökuməti Dieqo Maradonanın ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

Bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, Maradona 11 noyabrda xəstəxanadan evə yazılmışdı. O, subdural hematomadan əməliyyat olunmuşdu.

Maradona ağır vəziyyətdə yenidən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Karyerası ərzində Argentinanın, İspaniyanın və İtaliyanın bir neçə məşhur klubunda çıxış edən məşhur futbolçu yığmada keçirdiyi 91 oyunda 34 qol vurub. O, 1986-cı ildəki dünya çempionatınatının qalibi, 4 il sonrakı mundialın isə gümüş mükafatçısı olub..

2008-ci ildən məşqçiliyə başlayan Maradona 2008-2010-cu illərdə Argentina millisinə rəhbərlik edib.

Qeyd edək ki, subdural hematoma (qıs.SDH)- beyinin sərt qişası (dura mater) ilə beyinin hörümçək toruna bənzər qişası (araxnoid mater) arasında qanın toplanmasıdır.