Aronyanın Ermənistanı tərk etdi

Aronyanın Ermənistanı tərk etdi

Məmmədyarov Aronyanın Ermənistanı tərk etməsi barədə: "Azərbaycana məğlubiyyətin də rolu var..." 

"Mən peşəkar idmançı kimi Aronyanı başa düşürəm. Dünya çempionu olmağı arzulayır. Ermənistanda istədiyi dəstəyi almadığı üçün ABŞ-a gedir".

Bu fikirləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov beynəlxalq qrossmeyster Vasif Durarbəylinin təqdimatında keçirilən canlı yayımda Ermənistan təmsilçisi Levon Aronyanın vətənini tərk etməsi barədə danışarkən deyib.

36 yaşlı qrossmeyster Aronyanın qərarında ölkəsinin 44 günlük müharibədə Azərbaycana məğlubiyyətinin də rol oynadığını bildirib: "Ermənilər çox məyus olublar. Aronyanın getməyində bunun da səbəbi var. Əslində bu addımın bizim üçün heç bir ziyanı yoxdur. Əksinə, Ermənistan şahmatda çox zəifləyəcək".

Qeyd edək ki, Levon Aronyan Ermənistanda şahmata istənilən səviyyədə dövlət qayğısı göstərilmədiyi üçün ABŞ-a köçməyə qərar verib.(report)