Azərbaycan yığması iranlı futbolçunu almaq istəyir

Azərbaycan yığması iranlı futbolçunu almaq istəyir

"Traktor"un hücumçusunu gözaltı etdi

AFFA Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazinin göstərişi ilə milliləşdirilmə prosesini sürətləndirmək üçün daha bir futbolçunu gözaltı edib.

Assosiasiya İranın "Taktor" klubunun hücumçusu Məhəmməd Abbaszadə ilə maraqlanır.

30 yaşlı forvardın qolçuluq bacarığını ötən ilindən formasını geyindiyi "Taktor"da da davam etdirməsi skautların diqqətindən yayınmayıb. Üstəlik, Abbaszadənin indiyə qədər İran millisinə çağırılmaması da AFFA rəhbərliyini ümidləndirib.

Təcrübəli futbolçu Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində aprelin 14-də "Paxtakor"la səfər matçında dubl edərək (3:3), komandasına 1 xal qazandırıb.

Qeyd edək ki, bu mövsüm "Traktor"un heyətində İran çempionatında 9 qola imza atan Məhəmməd Abbaszadə bombardirlər yarışında 3-cü pillədə qərarlaşır. (apasport)