Azərbaycanın qadın güləşçisi dünya çempionu oldu

Azərbaycanın qadın güləşçisi dünya çempionu oldu

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Romada keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

49 kiloqram çəkidə mübarizə aparan Ruzanna Məmmədova finalda yaponiyalı Mihoko Takeuçiyə 5:3 hesabı ilə qalib gələrək dünya çempionu adını əldə edib.